Orxon çayı (, , ) — Monqolustanda böyük tarixi-mədəni əhəmiyyəti olan çay. Çayın uzunluğu 1 124 km-dir, Hövzəsinin sahəsi 132 835 km2
Coğrafiyası thumb|180px|left|Orxon çayının coğrafi mövqeyi Xangai dağlarından, 1 124 m yüksəklikdən başlayan Orxon çayı şimala tərəf axır və Rusiya sərhəddini keçmədən Selenqa çayı() ilə birləşərək Baykal gölünə tökülür. Çayın uzunluğu 1 124 km-dir. Selenqa çayından 100 km uzun olan Orxon çayı Kerulen çayından (1254 km) sonra Monqolustanın ən uzun çayıdır.
Qış aylarında buzla örtülü olur. May və Sentyabr aylarında çayın təqribən 175 km-lik hissəsi gəmiçilik üçün yararlı olur.CİA Factbook Mongolia ingilis dilində. İstifadə tarixiː 2015-11-2
Orxon çayının sol tərəfindən Tola çayı(), sağ tərəfindən Eqoo çayıdır (). Bundan başqa Sarin () və Tamir () çaylarıda Orxon çayına birləşir.
Tarixi-mədəni əhəmiyyəti 2004-cü ildə UNESCO tərəfindən 1220 km²-lik sahəni əhatə edən Orxon vadisi Ümumidünya irsi siyahısına daxil edilmişdir.Orxan-Yenisey abidələri whc.unesco.org İstifadə tarixiː 2015-11-2 Orxon çayının tarixi əhəmiyyətli yerləri: Orxon abidələriSinor, Denis (2002). "Old Turkic". History of Civilizations of Central Asia 4. Paris: UNESCO. pp. 331–333. Uyğur xaqanlığının paytaxtı Ordu-Balıq XIII əsrdə Monqol imperiyasının paytaxtı Qaraqorum 1586-cı ildə Qaraqorum şəhərində inşa edilən Erdene Zuu Buddizm monastrı Çay boyunda Hun tayfalarına aid qədim məzarlıqlar thumb|400px|Orxon çayının geniş görünüşü
Maraqlı faktlar 1731-ci ildə çayın sahilində Erdeni-Zuu monastrı yaxınlığında Tsin imperiyası ilə Cunqar xanlığı arasında döyüş baş vermişdi. Əfsanəyə görə, Cunqarlar məbədə girən zaman,məbədin himayəçisi tərəfindən qovulur və girişdəki daş şirlər nərildəməyə başlayır. Qorxuya düşən Cunqarlar Orxon çayına tərəf qaçırlar və çayda boğulurlar Позднеев А. М. Монголия и монголы. СПб., Типография Императорской Академии наук, 1896. — сс. 434. Həmçinin bax Orxon abidələri
İstinadlar
Kateqoriya:Monqolustan çayları