() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Təsviri Qanadları açılmış halda 38-44 mm-dir. Rəngi qırmızımtıl-qəhvəyi olub, qara pulcuqlarla qarışıqdır. Kostal kənar açıq-sarı (krem) rəngindədir. Pazşəkilli ləkə aydın görünmür. O, ya yayılmış halda olur, ya da bir neçə qara pulcuq şəklində görünür. Eninə uzanan 1-ci zolaq görünmür, 2-ci eninə zolaq qaradır. Qanadın əsaında yerləşən yumuru ləkənin ortası qara olub, qanadın kostal kənarı ilə dövrələnmiş və nazik zolaq şəklində yumuru ləkənin altına qədər uzanır. Böyrəkşəkilli naxış bozumtul-qəhvəyi rəngdə olub, açıq rəngli xətlə haşiyələnmişdir. Arxa qanadı bozumtul açıq-sarı rəngdədir. Kənarları sarı saçaqlarla əhatələnmişdir.
Yayılması Avropa, Sibir, Monqolustan, Qazaxıstan, Orta və Mərkəzi Asiya, Çin, Yaponiya, Azərbaycanda Böyük və Kiçik Qafqazın dağətəyi və dağlıq meşələri, Lənkəranın dağ-səhralıq yerləri.
Həyat tərzi Dağətəyi və dağ meşələrinin açıqlıqları. Dağ-səhrasının tuqay meşələri. Həyat tərzi tam öyrənilməmişdir. Tırtıl mərhələsində qışlayır. Yumurtasını torpağa qoyur. Kəpənəyi iyunun əvvəllərində sentyabra qədər uçur. Yaşlı tırtılların rəngi sarımtıl-yaşıl rəngdə olub, may və sentyabrda qatıqotu, kasnı və digər ot bitkiləri ilə qidalanır.
Sayı Cəmi 3 kəpənəyi Zuvandın Qasmalyan kəndindən sentyabrın əvvəlində işıqdan tutulmuşdur.
Məhdudlaşdırıcı amillər Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması ilə yoluxması.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Yaşayış yerlərini qorumaq və kəpənəklərin toplanmasını qadağan etmək.
İstinadlar
Həmçinin bax