Naxçıvan şəhər stadionu, tam və rəsmi adı İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionuBarometr, yoxsa Superkubok? - LAYİHƏ . apasport.az, 30.07.2016 və ya Naxçıvan Muxtar Respublika stadionu — Naxçıvan şəhərində fəaliyyət göstərən idman obyektiWorld Stadiums - Stadiums in Azerbaijan (Dünya Stadionları - Azərbaycanda Stadionlar) . Tutumu 12.800 nəfərdir. "Araz-Naxçıvan" FK ev oyunlarını bu stadionda keçirib. Hazırda istifadəsizdir.
Tarixi 1964-cü ildə tikilən stadion 2000-ci ildə yenidən qurulmuş, tamaşaçı tutumu 12 min 800 nəfərə çatdırılmışdır. Lakin ötən müddətdə istifadə olunan stadionun yenidən qurulmasına ehtiyac yaranmışdır. 2013-cü ilin may ayından etibarən stadionda yenidənqurma işlərinə başlanılmış və qısa müddətdə başa çatdırılmışdır. Ümumi sahəsi 17 min 700 kvadratmetrdir.
2021-ci ildə Naxçıvan stadionu yenidən təmirə bağlanıb. Stadion Peşəkar Futbol Liqasının tələblərinə cavab vermədiyi üçün Azərbaycan Premyer Liqasında iştirak edən Naxçıvan təmsilçisi Araz-Naxçıvan 2023-cü ildən bəri ev oyunlarını Bakıda keçirməli olur. Araz-Naxçıvan ev oyunlarını bu stadionda keçirməsi üçün ən azı meydançanın örtüyü dəyişməlidir, işıqlandırma sistemi qurulmalıdır, TV yayımı üçün şərait yaradılmalıdır.
Yüksək səviyyəli matçlar 2013 Futbol üzrə Azərbaycan Superkuboku 2017 Futbol üzrə Azərbaycan Kubokunun finalı 2019 Futbol üzrə Azərbaycan Kubokunun finalı
İstinadlar
Mənbə
Kateqoriya:Azərbaycan stadionları Kateqoriya:Naxçıvanda idman Kateqoriya:Azərbaycan futbol stadionları Kateqoriya:Naxçıvandakı binalar və tikililər