Pinanq dövlət məscidi — Malayziyanın Pinanq ştatının paytaxtı və ən böyük şəhəri olan Corctaunda yerləşən dövlət məscidi. 4.6 hektar sahəni əhatə edən məscidin tikintisi 1980-ci ildə 4 il müddətində tamamlanıb. Eyni vaxtda 5000 min nəfər məsciddə ibadət edə bilər. Bu məscid həmçinin Pinanq şatının ən böyük məscididir.
Məscid braziliyalı memar Oskar Nimeyerin layihəsini verdiyi Müqəddəs Məryəm Ana kilsəsinin dizaynından ilhamlanaraq tikilib. Onun arxitekturası qərb modernizminin birləşməsindən ibarətdir. Məscidin layihəsi filippinli memar Efren Brindez Paz tərəfindən verilib.
İstinadlar
Kateqoriya:Malayziya məscidləri Kateqoriya:İslam