Ramazanoğulları sülaləsi — Anadoluda Ramazanoğulları bəyliyini idarə edən sülalə. Sülalə Ramazanoğulları bəyliyinin qurucusu Ramazan bəy Yüreğirin adından başlayır. Ramazanoğulları sülaləsi Oğuzların Yüreğir boyundandır. Hazırda da bu sülalənin nəsilləri indiki Adana ilində və Türkiyənin digər bölgələrində yaşayır.
Sülalənin bəyləri Ramazan bəy Yüreğir (1352–1353) İbrahim bəy Ramazanoğlu (1354–1383) Şəhabəddin Əhməd bəy Ramazanoğlu (1383–1416) II İbrahim bəy Ramazanoğlu (1416–1418) İzzəddin Həmzə bəy Ramazanoğlu (1418–1426) Məhəmməd bəy Ramazanoğlu (1426–1435) Əylük bəy Ramazanoğlu (1435–1439) Dündar bəy Ramazanoğlu (1439–1470) Ömər bəy Ramazanoğlu (1470–1485) Qiyasəddin Xəlil bəy Ramazanoğlu (1485–1510) Mahmud bəy Ramazanoğlu (1510–1514, 1516–1517) Səlim bəy Ramazanoğlu (1514–1516) Qubad paşa Ramazanoğlu (1517–1520) Pir Məhəmməd paşa Ramazanoğlu (1520–1568) Dərviş bəy Ramazanoğlu (1568–1569) III İbrahim bəy Ramazanoğlu (1569-1589) II Məhəmməd bəy Ramazanoğlu (1589–1594) Pir Mənsur bəy Ramazanoğlu (1594–1608)
Bəylikdən sonrakı nümayəndələri Ramazanoğlu Hüseyin Rza Paşa (1838–1904) — Osmanlı İmperiyası Ədliyyə naziri (1890–1895) Məcdi Ramazanoğlu (1924–1981) — Türk tibb alimi
Kateqoriya:Sülalələr Kateqoriya:Ramazanoğulları