() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Görünüşü Orta ölçüyə malik olan kərtənkələ olaraq 70 mm uzunluğa malikdir. Quyruğu iki dəfə uzundur. Boğaz nahiyəsində 23-27 pulcuq vardır. Bədəninin mərkəzi hissəsində isə 51-59 arasında dəyişir.

Bədəninin yuxarı və quyruğunun qutaracağı ot-yaşılı (erkəklərdə), qəhvəyinin müxtəlif çalarlarında (dişilərdə) olur. Qarın nahiyəsi parlaq-sarı rəngə çalır. Üzərində qara və mavi nöqtələr vardır.

Yayılması Acarıstanın cənub-qərbində, Türkiyənin şimal-şərq ərazilərində yayılmışdır. Subtropik meşəliklərin ətraflarında, dar dərələrdə, hündürlüyü 50-300 m olan ərazilərdə ysyılmışlar. 1 km məsafədə 30-40 baş kərtənkələyə rast gəlinmişdir.

Xüsusiyyətləri Həşaratlar və kiçik onurğasıızlarla qidalanırlar. Çoxalması haqqında məlumat yoxdur.

İstinadlar

Mənbə Çarnal kərtənkələsi

Həmçinin bax

Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər