Sənan İbrahimov (tam adı:Sənan Məmmədəli oğlu İbrahimov; 18 aprel 1959, Culfa, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) — Filologiya elmləri doktoru, professor, filoloq, şərqşünas, mətnşünas, yazıçı-dramaturq, nizamişünas.
Həyatı 18 aprel 1959-cu ildə Naxçıvan MSSR-in Culfa rayonunda anadan olmuşdur.
Təhsili 1976-cı ildə orta məktəbi bitirmişdir.
1977-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Aviasiya məktəbində oxumuşdur. "Mİ-8" vertolyotları üzrə aviamexanik-pilotdur.
1980-1985-ci illərdə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində oxumuşdur.
Hərbi fəaliyyəti 1979-cu ildə hərbi xidmətini bitirmişdir.
1985-1987-ci illərdə Əfqanıstanda hərbi müşavir-tərcüməçi olmuşdur.
1992-1994-cü illərdə Milli Orduda olmuş: Bakı Ali Birləşmiş Komandirlər Məktəbində dosent vəzifəsində çalışmışdır.
Hərbi əməliyyatlarda göstərdiyi rəşadətə görə 2 döyüş ordeni, 3 medalla təltif olunmuş və hərbi bacarığına görə iki dəfə xüsusi təltifata layiq görülmüşdür.
Əmək fəaliyyəti
1988-ci ildən BDU-da işləyir. Əvvəl xarici tələbələrin inspektoru olmuş, hal-hazırda isə Filologiya fakültəsinin, Klassik Azərbaycan Ədəbiyyatı kafedrasının professorudur.
1992-1994-cü illərdə Milli Orduda olmuş: Bakı Ali Birləşmiş Komandirlər Məktəbində dosent vəzifəsində çalışmışdır.
1995-ci ildən 2014-cü ilədək AMEA Şərqşünaslıq İnstitutunda (0,5 ş/v) aparıcı elmi işçi olmuşdur.
İndiyədək rəsmi təşkilatlarda; istintaq və məhkəmə orqanlarında tərcüməçi-ekspert kimi çalışır.
Elmi-yaradıcı fəaliyyəti
1992-ci ildə "Suli Fəqih və onun “Yusif və Züleyxa” poeması" adlı namizədlik dissertasiyası müdafiə etmiş və dosent kimi hərbi-pedaqoji fəaliyyət göstərmişdir.
1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2008-ci ildə "Klassik ədəbiyyatda ideya-mövzu problemləri" adlı doktorluq dissertasiyası müdafiə etmiş və həmin ildən etibarən professor kimi pedaqoji fəaliyyətini davam etdirir.
Beynəlxaql seminar, simpozium və konfranslarda iştirak Mənbə “Şəhriyar – 90 “ “Sədi Şirazi” “Hafiz Şirazi” “Füzuli – 600” “Nizami-850” “Nizami- 870” “Məhsəti -900” “Cavid- 130” "Məhdimqulu-230"
Elmi kitabları Mənbə Fars dili. (hərbi məktəblərin I kurs kursantları üçün dərslik), Bakı, 1993. Fars dili. (hərbi məktəblərin II kurs kursantları üçün dərslik), Bakı, 1994 Yaxın Şərq klassik ədəbiyyatında mpvzuların tipologiyası. Tehran, Firuzan, 1380 (2001) سبک آذربایجانی در شعر فارسی زبان و موضوعت آن (Farsdilli poeziyada "Azərbaycan səbki" və onun ideya-mövzu aspektləri. Tehran, Firuzan, 1381 (2002)) Əsədi Tusi və Fəxri İrəvani. Bakı, Ağrıdağ, 2002 Əsirəddin Əxsikəti Turani. Bakı, BU nəşr., 2003 Klassik ədəbiyyatda "vəhdəti-vücud". (dərs vəsaiti) Bakı, Nurlan, 2007 Mətnşünaslıq (dərslik). Bakı, 2003 Klassik Azərbaycan poeziyasında ideya-mövzu qaynaqları və onların tipologiyası (XIII əsrədək). Bakı: Elm. 1999 Qaçaq Kərəmin xatirələri. Bakı, 2007 Azərbaycan klassik ədəbiyyatı ümumşərq kontekstində.(dərslik) Бакы, НМБ, 2007 Klassik Azərbaycan ədəbiyyatı. (dərslik). BDU, 2009 Divan ədəbiyyatının poetikası. (dərslik). BDU, 2009 Mirzə Ələkbər xan Dehxuda. BU nəşr., 2009 Hatif İsfahani. Bakı, 2010 Suli Fəqih. Yusif və Züleyxa. Bakı, 2010 Mətnşünaslıq. (dərslik) Bakı, BDU 2010 İran, Əfqanıstan, Tacikistan ədəbiyyatı (XIII əsrədək). (dərslik) Bakı: Ağrıdağ, 2011 Azərbaycan ədəbiyyatşünaslığı tarixi, metodologiyası və problemləri. (dərslik) Bakı: Bakı Universiteti, 2012 Nizami Gəncəvinin türkcə divanı. Bakı, 2013 Orta əsrlər Azərbaycan romantik ədəbiyyatı. Bakı, HMB, 2014 Qədim və orta əsrlər İran, Əfqanıstan və Tacikistan ədəbiyyatı. Bakı, HMB, 2015 Тюркство Низами. Берлин, Ланберги, 2015 Kövnü-məkana sığmayan Nəsimi. Bakı, "Ləman" nəşriyyatı,2019, 320 s.
və 200-dək elmi-publisistik məqalənin müəllifidir.
Bədii kitabları Mənbə Yumoristik hekayələr. Bakı, 1998 Xəstəlik düşüncədən başlayır. Bakı, 2000 Kinossenarilər. Bakı, 2004 Приключения пародиста. Москва, 2005 Hekayələr. Bakı, 2007 Fantomaslıq peşəsi. Bakı, 2008 Pyeslər. Bakı, 2010.
Şəxsi həyatı
Evlidir: iki övladı var.
AMEA Naxçıvan bölməsinin elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru (elmlər namizədi), Səbuhi İbrahimovun böyük qardaşıdır.
İstinadlar
Həmçinin bax
Nizami Gəncəvinin türkcə divanı
Xarici keçidlər