Etna () və ya Yupiter XXXI Yupiterin əks istiqamətdə dönən düzənsiz peyklərindən biridir.Peyk 2001-ci ildə Havay Universitetindən olan astronomlar komandası tərəfindən Scott Şeppardın başçılığı ilə kəşf edilmişdir və müvəqqəti olaraq S/2001 J 11 adlandırılmışdır.Etna Karme qrupuna aiddir.Bu qrup Yupiterin ətrafında 23 və 24 Gm məsafədə fırlanan təxminən 165° əyilməyə malik əks istiqamətdə dönən düzənsiz peyklərdən ibarətdir.

Etnanın diametri təxminən 3 kilometrdir və Yupiterin ətrafında 22,285 Mm məsafədə 679.641 gün ərzində fırlanır.Orbitinin ekssentrisiteti 0.393-dür.

Peykin adı 2003-cü il Avqust ayında Yunan mifalogiyasındakı Etna dağının allahını təcəssüm edən Etna və ya Etne sözündən götürülüb.

İstinadlar

Xarici keçidlər IAUC 7900: Satellites of Jupiter 2002 May (discovery) MPEC 2002-J54: Eleven New Satellites of Jupiter 2002 May (discovery and ephemeris) IAUC 8177: Satellites of Jupiter, Saturn, Uranus 2003 August (naming the moon)

Kateqoriya:2001-ci ildə kəşf edilmiş astronomik obyektlər Kateqoriya:Yupiterin peykləri