Seyidyurd dağı — Şəki rayonunda dağ. Yüksəkliyi 3889.8 m. Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. Salavat aşırımının cənub-şərqindədir.

Etimologiyası 340px|thumb|left|Şəki rayonunda yerləşən Seyidyurd dağı. Şəki rayonu Şin kəndindən axan Şinçay öz başlanğıcını Seyidyurd və Qaraqaya dağlarından götürür. Güman edilir ki, Seyidyurd dağının adının mənası Azərbaycanda mövcud olmuş Şavsevən tayfa qrupuna daxil olan Seyidlilər ilə bağlıdır. Belə ki, Azərbaycanın bir çox rayonlarında "Seyidli", "Seyidlər", "Seyidçay" və s. kimi adlara rast gəlmək olar. Seyidlilər Cənubi Azərbaycanın Meşkin və Muğan ərazilərində yaşamaqla maldarlıq və əkinçiliklə məşğuldurlar.Azadlıq.info - Qədim türklərin oylağı Xanqərvənd Toponim Seyidin yurdu mənasındadır.Исмајыл Вәлијев - Азәрбајҹан топонимләри енсиклопедик лүғәти, "Азәрбајҹан Енсиклопедијасы" Нәшријјат-Полиграфија Бирлији, 1999

İstinadlar

Həmçinin bax Şin Şinçay

Kateqoriya:Şəki rayonunun dağları