Ağhəmzəli — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2

Tarixi 1937-ci ilə kimi Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Rayon mərkəzində 6 km məsafədə, Qırxbulaq çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.3 qeyd edilmişdir.

Toponimi Yerli tələffüz forması — Aqamzalı. Toponim Azərbaycan dilində "zadəgan", "seyid", "ruhani" mənasında işlənən ağa sözü ilə qızılbaşların həmzəli etnonimiƏfəndiyev O. Azərbaycan səfəvilər dövləti, Bakı, Azərnəşr, 1993. s.193 əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25. V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Marmaraşen qoyulmuşdur. Kəndin adı Əxi və qızılbaşların Həmzəli tayfasının adından ibarətdir. "Əxiyə məxsus Həmzəli kəndi" mə'nasındadır.

Əhalisi Ermənilər bu kəndə 1828-ci ildən sonra Qacarlar dövlətindən indiki İrandan köçürülmüşdürШопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи , СПб, Типография императорский Академии Наук, 1852. s.547–549. 1828-ci və 1878-ci illərdə kənddə ermənilər də yerləşdirilmişdir. 1886-cı ildə kəndin əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət idi. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur. 1922-ci ildən sonra bir hissəsi geri qayıdaraq yenidən məskunlaşmışdır. 1948-ci ildə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 232 nəfər, 1873-cü ildə 301 nəfər, 1886-cı ildə 273 nəfər, 1897-ci ildə 376 nəfər, 1904-cü ildə 843 nəfər, 1914-cü ildə 927 nəfər, 1916-cı ildə 516 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.46–47, 126–127. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 93 nəfər, 1926-cı ildə 98 nəfər, 1931-ci ildə 207 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.47, 127. 1948–49-cu illərdə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.

Həmçinin bax Ağabaş

İstinadlar

Kateqoriya:Zəngibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri