thumbnail|Nadejda Mandelştam, 1925-ci il.Надежда Яковлевна МАНДЕЛЬШТАМ . belousenko.com Nadejda Mandelştam (; d. 1899 – ö. 29 dekabr 1980) — Rusiya yazıçısı. Osip Mandelştamın həyat yoldaşı.
26 may 1934-cü ildə Nadejda Mandelştam da istintaqa çağırılır, ona ərini müşayiət etmək təklif olunur. “Qara günün” dostu demək olar ki, son günlərə qədər ərinin yanında olur.
Brodskiyə görə, o, sadəcə öz “dahi ərinin kölgəsi”, bir başqası üçün “qara günün dostu” idi. Erenburq isə Nadejdanın əri üçün elədiklərinin qiymətini belə verir - onu “Böyük Dul Qadın” adlandırır. Brodski yazırdı:
"Bu qadın onilliklər boyu “qaçaq həyatı” yaşamışdı, həyatını ərinə həsr edib onun kölgəsinə çevrilmişdi. Onsuz da bəstəboy, arıq olan bu qadın getdikcə elə bil bir az da büzüşürdü, bir az da içinə yığışırdı, elə bil çəkisiz, əhəmiyyətsiz bir əşyaya çevrilmək istəyirdi; elə bir əşyaya ki, lazım olanda, ekstremal situasiyada onu cibə qoyub aparmaq asan olsun... Onun heç bir şəxsi əmlakı yox idi, hətta xaricdən gətirdiyi kitabları da oxuduqdan sonra başqalarına verirdi... Nəhayət, 1960-cı illərin sonlarında verilmiş birotaqlı mənzildə ən dəyərli şey mətbəxdən asılmış divar saatı idi... Mandelştam şeirlərinin birində dediyi kimi, bu “qaçqın qadın” ömrünün sonuna kimi elə o cür də qalmışdı..."
Mandelştamın irsi onun sayəsində qorunmuşdu, axtarış vaxtı ərinin əlyazmalarının yandırılacağından qorxaraq şeirlərin hamısını əzbərləmişdi.
O, 1980-ci ildə ürək xəstəliyindən dünyasını dəyişir.
Mənbə Günel Natiq. Stalinlə məzələnən dahi . kulis.lent.az, 05.08.2015
İstinadlar
Xarici keçidlər
Радио Арсенал. О Надежде Мандельштам вспоминают Юрий Фрейдин и Варвара Шкловская. Телеперадача «Школа злословия». Беседа с Юрием Львовичем Фрейдиным. Надежда Мандельштам об Осипе Мандельштаме на радио Свобода Интервью Надежды Мандельштам 1 мая 1973 (видео)
Вторая книга Н. Мандельштам на радио "Голос Америки"
Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:Osip Mandelştam Kateqoriya:Rusiyanın qadın yazıçıları Kateqoriya:SSRİ dissidentləri Kateqoriya:Yəhudi qadın yazıçıları Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:Rusiya pravoslavları Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:Filologiya elmləri namizədləri