Sapadərə — İndiki Meğri rayonundakı Nüvədi kəndində dağ.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Həmzə Vəlinin fikrincə, oronim şumercə "çoban" mənasında işlənən şuba sözü əsasında əmələ gəlmişdir. Sonradan həmin söz Saba > Sapa > Sipa şəklini düşmüşdür. Sapa dərə "çoban dərəsi" mənasını verirHəmzə Vəli, "Tarixdən gələn səslər", "Vətən səsi" qəz., I. VIII. 1991. Ancaq bu fıkir bir o qədər elmi deyil, həqiqətə uyğun gəlmir. Sapadərə iki sözün: sapa və dərə sözlərindən əmələ gəlmişdir. "Sapa" sözü "hasar, çəpər", "dolama yol" mənasını ifadə edirРадлов В. В. Опыт словарья тюркских наречий, т. IV, ч.1, СПб, 1911. s.403.
Oronim relyef əsasında yaranmışdır. Mürəkkəb quruluşlu oronimdir.
İstinadlar
Kateqoriya:Ermənistan dağları Kateqoriya:Zəngəzur mahalı