Ortakənd — İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 2 km şimal-şərqdə, Arpaçayın sağ qolu olan Başkəndçayın sahilində yerləşir.
Toponim Azərbaycan dilində "iki obyektin arası" mənasında işlənən orta sözü ilə "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 10. IX. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Qladzor (Qaladərəsi) qoyulmuşdur.
Əhalisi 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1828–1830-cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişdirHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986.s.871.
Burada ermənilərlə yanaşı 1897-ci ildə 17 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.92–93.
Sonralar — 1929-cu ildə azərbaycanlılar sıxışdırılaraq çıxarılmışdır. İndi yalnız ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri Kateqoriya:Vayots dzor mərzinin yaşayış məntəqələri