Kotelnı () — Yeni Sibir adalarıının Anju qrupuna daxil olan ən iri adadır. Onun sahəsi 23,200 km² təşkil edir. Bunqe Torpağı və Faddeyevski yarımadası istisna olarsa sahəsi 11700 km² -dirKotelnı — Böyük Sovet ensiklopediyası. Adanın ən hündür nöqtəsi — Malakatın-Tas dağıdır (361 м) (339 m). Ada 1773-cü ildə rus taciri İvan Lyaxovski tərəfindən kəşf edilirПо следам полярных экспедиций. Часть II. На архипелагах и островах — Белов М. И. — www.polarpost.ru.

Ada Ust-Lensk dövlət təbiət qoruğunun ərazisinə daxildir. Bunqe Torpağı və Faddeyevski yarımadası bəzi xəritələrdə ayrı göstərilir.

Coğrafiyası

Adanın ucqar nöqtələri Şimal qutaracağı — Anis burnu. Qərb qutaracağı — Rozovıy burnu və Valtera burnu. Cənub qutaracağı — Medvejıy burnu. Şərq qutaracağı — Blaqoveşenski burnu. Ən hündür nöqtəsi — Malakatin-Tas dağı (361 m).

Geologiya Adanın relyefi qayalıqlıdır. Təpəliklərlə örtülü ərazinin ən hündür nöqtəsi 361 metrdir.

Suları Çayları hecdə böyük deyil və dayazdır. Balıktax çayı isə istisnadır və mənsəbində Çareva estuarisini əmələ gətirir. Adanın digər çayları: Krestovaya, Sannikov, Reşetnikova, Xastyur-yu-tax, Çukoçya, Xreptovoya və Urasixa (şimaldan), Volokitina, Yeneseyskaya (cənub-şərq), Balıktax, Draqosennaya (şərqdən) Ən iri gölü — Evsekyo-Kyoel.

Flora və funa Ada Arktik səhralar zonasında yerləşir. Ərazi daş suxurlar və otlarla örtülüdür.

Su samuru səyaye əhəmiyyəti daşıyır. Adada Şimal maralı papuliyasiyası yayılmışdır. Həmçinin Ağ ayı və turaç yayılmışdır. Burada Mamont qalıqları aşkarlanmışdır.

İnfrastrukturası 1933-cü ildən adada Qütb stasiyası fəaliyyət göstərir. Üstəlik ovçuların düşərgəsi vardır.

Staniyasıyalar: Sannikov boğaz stansiyası. Kotelnı ada stansiyası. Temp stansiyası.

Tarixi thumb|350px|Yeni Sibir adalarının xəritəsi (1820)

Ruslar adaya ilk ayaq basanda adada yaşayış olmamışdır. Bununla belə burada Yuqirlərin izlərinə rast gəlmək olardı. Ada İvan Lyaxovski 1773-cü ildə kəşf edir. O, geriyə qayıdarkən adanın kəşfi barəsində məlumat verərkən topaq sahibi olan Xboynov adaya istiqamətlənir. O, adaya çatarkən onun sahilində Soba görür (yəni ) və adanı Kotelnı adlandırır.

1805-ci ildə Yakov Sannikov öz təsərrüfatını artırmaq məqsədi ilə adadan şərqə yönəlir. Burada isə Faddeyevski adasını kəşf edir. 1811 Yakov Sannikov Faddeeski adasını dövrə vurur. Adadan dənizə axan çayları örgənir. Faddeyevski adasını Kotelnı adasından ayıran boğazın körfəz olduğunu və hər iki adanın bir torpaq parçası olmasını aşkarlayır.

1822-ci ildə Pyotr Anju Faddeyevski yarımadasının qərb və şimal-şərq hissəsini araşdırır.

Adada həkim Qerman Eduardoviç Valterin qəbri yerləşir. O, ilk rus qütb ekspedisiyasının iştirakçısı olmuşdur. Onun iştiakçıları əfsanəvi Sannikov Torpağını tapmaq ümidi ilə həyata keçirilmişdir. Onun nəşinin qalıqları 29 iyul 2011 bastırılmışdırЭстонский посол благодарит Россию 07.08.2011.

İqlimi Arktik iqlimə malikdir, sərtdir. Qar ilin 9–10 ay yerdə qalır. İyul ayının orta temperaturu +2,9°S, gecə isə −6°S düşür. Noyabrdan marta qədər şaxtalı olur və ən yüksək temperatur 0,3 dərəcə təşkil edir. Ən soyuq ay fevraldır. Bu aylarda tempertur −29.7 ; −49.9 dərəcə arasında dəyişir. −30° oktyabr-aprel ayları müşahidə edilə bilər.

Yerləşməsi akvatoriya thumb|350px|Adanın kosmik şəkili Adanın qərb sahillərini Laptevlər dənizi, şərq sahilərini isə Şərqi Sibir dənizinin suları yuyur. Ada təbii olaraq iki dəniz arasında sərhəd rolunu oynayır. Ən iri laqunları (hamısı Laptevlər dənizi akvatoriyasına daxildir): Durnaya Nerpalax Pşenisina Reşetnikova Stansiya Şərqi Sibir dənizinin körfəzləri: Draqosennaya Bolşaya Qedenştorm Yakov Smirnis buxtası Malıqinsev buxtası Laptevlər dənizinin körfəzləri: Nerpiçya Staxanosev Artikası körfəzi

Boğazları Blaqoveşenski boğazı (Şərqi Sibir dənizi) — Yeni Sibir adasından ayırır. Sannikov boğazı (Şərqi Sibir dənizi) — Kiçik Lyaxovski adasından ayırır. Zaya boğazı (Laptevlər dənizi) — Belkovski adasından ayırır.

Yaxınlığında yerləşən adalar Adanı yaxınlığında yerləşən adalara olan məsafə: Yeni Sibir (şərqə 26 km) Belkovski (qərbə 23 km) Kiçik Lyaxovski (cənuba 55 km) Stolbovoy (cənub-qərb 97 km) Skrıtıy (şərq 0,1 km) Jeleznyakov (şimal-şərq 29 km) Xoltolox adaları (şimal-qərb 20 m)

İstinadlar

Kateqoriya:Anju adaları Kateqoriya:Kotelnı Kateqoriya:Laptevlər dənizinin yaşayış olmayan adaları Kateqoriya:Yeni Sibir adaları arxipelaqının adaları Kateqoriya:Yakutiyanın yaşayış olmayan adaları