Qaraməmməd (Meğraşen) — Qars vilayətinin Qars qəzasında, indiki Amasiya rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26. IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilərək Meğraşad qoyulmuşdur.

Tarixi Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 118

Toponimi XIX əsrə aid mə'lumatda kəndin qars əyalətində yerləşdiyi göstərilirПагирев Д. Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.,Манандян Я. А. О торговле и городах Армении в связи с мировой торговлей древних времен. Ереван, 1944.. 1590-cı ilə aid mənbədə Qara Məhəmməd kimidir. 1918-ci ildə kənddə Türkiyədən gəlmə ermənilər də məskunlaşdıqdan sonra əhali qarışıq olmuşdur. XX əsrin 30-cu illərində ayrılıqda qalmış azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. 1946-cı ildə kənd ermənicə Meğraşen adlandırılmışdır. 1728-ci ilə aid mənbədə qeyd edildiyinə görə kənd Ərəbgirli camaatından bir qrup ailənin ayrılaraq kənarda məskunlaşması nəticəsində yaranmışdırBasbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.Qızılbaşlar tarixi, Bakı, 1995. Ərəb dilində qəryə "kənd" sözündən və Məhəmməd şəxs adından ibarətdir.

Antropotoponimi Toponim Qaraməmməd şəxs adı əsasında formalaşmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi 1897-ci ildə kənddə 20 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.20–21. Ermənilər buraya 1828-ci ildən sonra İran və Türkiyədən köçürülmüşdür. Azərbaycanlılar 1918–20-ci illərdə tarixi vətənlərindən deportasiya olunmuşdur.

İstinadlar

Kateqoriya:Ağbaba kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri