İmirli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.
Tarixi Rayon mərkəzindən 10 km məsafədə, Abaran çayının sol tərəfində yerləşir. Erməni mənbələrində kəndin digər adı Əmirli göstərilirQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.4.
Mənbələrdə kəndin XVII əsrdə salındığı qeyd edilirErmənistan Sovet Ensiklopediyası, IV c., İrəvan, 1978, s.186 Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdirД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.102.
Toponim oğuzların eymur etnoniminəSümər Faruq. Oğuzlar, Bakı, «Yazıçı», 1992. s.324-325 mənsubluq bildirən -li şəkilçisinin qoşulması ilə əmələ gəlib «eymurların (əmirlərin) yaşadığı kənd» mənasını ifadə edir. Oğuzların eymur tayfasının adı həm də imir formasında qeyd edilir Sümər Faruq. Oğuzlar, Bakı, «Yazıçı», 1992. s.324, 326.
Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Ttucur (Turşsu) qoyulmuşdur.
Əhalisi
İstinadlar
Həmçinin bax
Kateqoriya:Abaran kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri