Uşi — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.
Tarixi Rayon mərkəzindən 4 km şərqdə yerləşir. Azərbaycanlıların həyatı ilə bağlı IX–XI əsrlərə aid tarixi abidələr indi də durur.
1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.162, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.89, Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.256 qeyd edilmişdir.
Toponim türk dilində "yüksəklik, dağın zirvəsi" mənasında işlənən uç (uş) sözüМурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.585 əsasında əmələ gəlmişdir. Türk dilində uş//uç sözü "son", "başlanğıc"Радлов В.В. Опыт словарья тюркских наречий, т. I, ч.1–2, СПб, 1893. s.1719, 1771, "yuxarı", "zirvə", "qıraq, kənar" mənalarında işlənir. Eyni zamanda qaraqalpaq dilində "dağın zirvəsi" mənasını uşa sözü ifadə edir.
Toponimin sonundakı "i" topoformant kimi çıxış edir. Relyef əsasında yaranan sadə toponimdir.
Əhalisi Kənddə 1831-ci ildə 167 nəfər, 1873-cü ildə 909 nəfər, 1886-cı ildə 1105 nəfər, 1897-ci ildə 1249 nəfər, 1908-ci ildə 1360 nəfər, 1914-cü ildə 1444 nəfər, 1916-cı ildə 1486 nəfərQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.22–23, 108–109, 1918-ci ildə 1380 nəfərИстория Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.219, 1919-cu ildə 500 nəfərQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.108–109 yalnız azərbaycanlılar yaşamışdır.
1918–1919-cu illərdə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşИстория Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.219, 1920-ci ildə buraya Türkiyədən köçtirülən ermənilər yerləşdirilmişdir. Azərbaycanlılardan sağ qalanları ata yurdlarına indiki Ermənistanda sovet hökuməti qurulandan sonra dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 291 nəfər, 1926-cı ildə 296, 1931-ci ildə 33 nəfər azərbaycanlı yaşamışdır.
SSRİ hökumətinin xüsusi qərarı ilə 1948–49-cu illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından çıxarılıb zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Karbi kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri