Hacı Muxan — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Kəndin ilk adı Hacı Mumuxan olmuşdurQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.68. Toponimi ikinci komponentinin ilk hecası ("mu") ixtisar edilmiş və mənbələrdə Hacı Muxan kimi qeyd edilmişdir. Rayon mərkəzindən 16 km cənub-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdirПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.54.

Toponimi Toponim Hacı Mumuxan (Hacı Muxan) şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Muxan qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirilərək kənd Dzovazard adlandırılmışdır.1935-ci ildə kənd Muğan, 1978-ci ildə ermənicə Tsovaqard adlandırılmışdır. Kəndin əsasını qoymuş Hacı Muğan şəxs adıdır.

Əhalisi Kənddə 1876-cı ildə 437 nəfər, 1886-cı ildə 610 nəfər, 1897-ci ildə 882 nəfər, 1904-cü ildə 1034 nəfər, 1914-cü ildə 1080 nəfər, 1916-cı ildə 1255 nəfər yalnız azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.70–71, 144–145. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdurИстория Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.220. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönmüşlər. Artıq kəndə Kəvər (Kamo) və Qaranlıq (Martuni) rayonlarındakı kəndlərdən köçürülən ermənilər yerləşdirilmişdir.1918-ci ilin əvvəllərində kəndin əhalisnin bir hissəsi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə burada 100 nəfər azərbaycanlı, 339 erməni, 1926-cı ildə 115 nəfər azərbayeanlı, 682 nəfər erməni, 1931-ci ildə 195 nəfər azərbaycanlı, 1064 erməni yaşamışdır. 1948–1953-cü illərdə azərbaycanlılar zorla kənddən köçürülmüşdür. XX əsrin 30-cu illərində azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. İndi kənddə yalnız ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Göyçə kəndləri