thumb|right|upright=2|Eynicinsli nikahdünya üzrə hüquqi statusu
Obergefell v. Hodges — ABŞ Ali Məhkəməsinin ABŞ Konstitusiyasına on dördüncü düzəlişi əsas tutaraq bütün ölkə ərazisində eynicinsli evliliklərin leqallaşdırılması haqqında qərar verdiyi işdir.
Tanco v. Haslam (Tennesi), DeBoer v. Snyder (Miçiqan), Bourke v. Beshear (Kentukki) adlı oxşar məzmunlu digər üç işlə dəstəklənən Obergefell v. Hodges işində eynicinsli evlilikləri qadağan edən dövlət qanununa yenidən baxılmışdır. Məhkəmə iş üzrə qarşı tərəfin arqumentlərini 28 aprel 2015-ci ildə dinləmişdir. 26 iyun 2015-ci ildə isə ABŞ Ali Məhkəməsi son qərarını açıqlayıb. Məhkəmə Amerika konstitusiyasının hər bir vətəndaşın eyni şəkildə müdafiəsini irəli sürdüyünü bildirərək, eynicinli nikahların yasaqlanmaması qərarına gəlib.Obergefell et al. v. Hodges, Director, Ohio, Department of Health, et al. , İstifadə tarixi: 26 iyun 2015 Ali Məhkəmənin hökmü 1967-cı ildə irqlərarası nikahın qanuniləşməsindən sonra evlilik qanunlarında daha bir inkişaf hesab edilir.Adam Lıptak - Gay Marriage Backers Win Supreme Court Victory , The New York Times, JUNE 26, 2015, İstifadə tarixi: 26 iyun 2015
ABŞ prezidenti Barak Obama "Twitter" səhifəsində yazıb ki, bu, bərabərlik istiqamətində atılan böyük bir addımdır. “Homoseksuallar hər kəs kimi artıq evlənmək hüququ əldə edib”-deyə prezident bildirib.Elmidar Əliyev - ABŞ-də homoseksualların nikah qanunu qüvvəyə minir , ANSPress, 26 İyun, 2015, İstifadə tarixi: 26 iyun 2015
İstinadlar
Xarici keçidlər Sixth Circuit Court of Appeals, Obergefell v. Hodges, November 6, 2014 Obergefell, v. Hodges, No. 14-556: U.S. Supreme Court official Docket entry Obergefell, v. Hodges, No. 14-556: SCOTUSblog official Docket entry U.S. Supreme Court oral arguments, Obergefell v. Hodges – Part 1 of 2 U.S. Supreme Court oral arguments, Obergefell v. Hodges – Part 2 of 2 U.S. Supreme Court oral arguments, Obergefell v. Hodges, parts 1 and 2, as a single web page Supreme Court opinion, Obergefell v. Hodges
Kateqoriya:2015-ci ildəki hadisələr Kateqoriya:LGBT tarixi Kateqoriya:Ayrı-seçkilik Kateqoriya:ABŞ-də LGBT