Şimokita yarımadası () — Yaponiyanın Honşu adasının şimalında yerləşir.

Aomori prefekturasının şimal-qərbində qərar tutur. Şimal hissədə Sanqar boğazı, şərqdə Sakit okean, cənub-qərbdə isə Musu körfəzi onun sahillərini yuyur. Oma burnu Honşu adasının ucqar şimal nöqtəsini təşkil edir. Qərbdə hündürlük 500–700 metrdir. Dağların zirvəsi sıldırımlı və qayalıdır. Mərkəz hissədə Osore vulkanı vardır və onun kraterində Usoriyama gölü vardır. Ou və Kitakami dağları arasında Tanabu çökəkliyi yerləşir.

Yaşayış məntəqələri Yarımada Kamikita və Şimokita vilayətləri ərazisində Musu, İokoqama, Noheci, Kazamaura, Rokkase, Say və Hiqaşidori şəhərləri vardır.

Mənbə Simokita yarımadası

Kateqoriya:Yaponiya yarımadaları Kateqoriya:Aomori prefekturası Kateqoriya:Aomori prefekturası relyefi