Səfərli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.
Coğrafi mövqeyi Səfərli kəndi rayon mərkəzindən 16 km. cənub-şərqdə, paytaxt Tiflisdən təqribən 80 km. cənub-qərbdə dəniz səviyyəsindən 950-980 metr yüksəklikdə yerləşir. Qonşu kəndləri Məmişli, Hamamlı və Əngirəvan kəndləridir.
Əhalisi Kənd əhalisinin sayı 738 nəfərdir (2002-ci il siyahıyaalması). Sakinlərin 45,7%-i kişilər, 54,3%-i isə qadınlardır. Əhalinin cinsi tərkibində belə disbalans sosial vəziyyətin çətinliyi və yüksək işsizlik nəticəsində getdikcə dramatik xarakter alan əmək axını ilə əlaqədardır. Sakinlərin 99%-i etnik azərbaycanlılardır.
İqtisadiyyatı Səfərli kəndinin əsas təsərrüfatçılıq sahəsi heyvandarlıqdır.
İstinadlar
Kateqoriya:Dmanisi bələdiyyəsinin yaşayış məntəqələri