Müqəddəs Dominika kilsəsi () — İspaniyanın Qalisiya bölgəsində, Pontevedra şəhərində yerləşən qədim kilsə. 1895-ci ildən İspaniya Mədəni Maraq Mülkiyyəti siyahısındadır. Hazırda Pontevedra muzeyinin bir parçasıdır.

Tarixi Kilsənin 1-i böyük olmaqla 5 yarımqübbə şəklində darvazası, cənub divarı, 1282-ci ildə tikilən girişi hələ də salamat qalmışdır. Giriş 1282-ci ildə tikilsə də, işlərin yarımçıq qalması səbəbi ilə kilsənin tikintisinə 1383-cü ilə başlanılmışdır və XV əsrdə davam etmişdir.

Kilsə 8 dekabr 1836-cı ildə bağlanmış və bir müəssəsəyə () verilmişdir. Daha sonra 1840-cı ilin mayında sığınacaq kimi Şəhər şurasına əmanət edilmişdir. 1869-cu ilə qədər qadın həbsxanası üçün istifadə olunmuş, 1869-cu ildə Santa Klara uşaq məktəbinə çevrilmişdir. Bütün bu zaman ərzində kilsənin təyinatı Şəhər Şurası tərəfindən müəyyən olunsa da, kilsənin vəziyyəti getdikcə pisləşməyə başlamışdır. 1846-cı ildə bəzi materiallarından yolları örtmək üçün istifadə etməyə başlamışdırlar. 1864-cü ildə tamamilə xarabaya dönmüşdür.

Status alması 12 mart 1874-cü ildə Fermin Breyin başçılıq etdiyi Şəhər Şurası kilsənin dağıdılması və yaxınlığında yarmarka açılması haqqında göstəriş vermişdir. Bu qərar Əyalət Tarixi Abidələr Komissiyası tərəfindədən də təsdiqlənmiş, kilsənin sadəcə xarabalıqları qalmışdır.

1880-ci ilin iyulunda kilsənin tamamilə sökülməsinə qərar verilmişdir. Bu qərar Tarixi Abidələr Komissiyasının üzvü Xose Kasal Loys hərəkətə keçirmiş və oktyabr ayında bu işə müdaxilə etmişdir. Əyalət valisi Filiberto Abelardo Diaz mayor Alexandro Abreuya işi dayandırmağı əmr etmişdir. 1886-cı ildə kilsənin sökülməsinə yenə bir cəhd olsa da, Pontedevranın tanınmışları və Tarixi Abidələr Komissiyasının müdaxiləsi ilə bu cəhdin də qarşısı alınmışdır.

15 avqust 1894-cü ildə Kasto Sampedro Folqarın prezidenti olduğu Pontevedra Arxeoloji Cəmiyyəti qurulmuşdur. 1895-ci ilin 14 avqustunda Tarixi Abidələr Komissiyasının qərarı ilə kilsə Milli Abidə statusu almışdır. Arxeoloji Cəmiyyətin görüşündə kilsənin gələcəkdə tikilməsi planlaşdırılan muzeyin əsas binası olması qərarlaşdırılmışdır.

Qalereya

İstinadlar

Xarici keçidlər

Pontevedra muzeyinin rəsmi saytında. Kilsə haqqında video

Kateqoriya:İspaniya kilsələri Kateqoriya:Qalisiya memarlığı Kateqoriya:XIV əsr memarlığı