Bunyodkor stadionu () — Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən çoxməqsədli stadion. Əsasən futbol yarışları üçün istifadə olunur və "Bunyodkor" futbol klubunun ev stadionudur.

Haqqında thumbnail|left|Stadionun loqosu. Bu stadion tikilməzdən qabaq "Bunyodkor" 1986-cı ildə tikilmiş MHSK stadionunda oyunlarını keçirmişdir. 2008-ci ildə MHSK stadionu yeni stadion tikmək üçün sökülmüşdür. 2008 və 2009-cu ilin payızında stadion tamamilə sökülmüşdür. Yeni stadionun tikintisi isə 2012-ci ilin avqustunda başa çatmışdır. Yeni stadion klubun 2009-2012-ci illər aralığında oynadığı JAR stadionunun yerində tamamlanmışdır.

Stadionun tamaşaçı tutumu 34.000 nəfərdir. Stadion Almaniyanın GMP memarlıq və dizayn şirkəti tərəfindən dizayn edilmişdir.

Stadion FİFA U-20 Qadınlararası Dünya Çempionatı üçün tikilmişdir. Stadionun açılışında 2012-ci il 28 sentyabrda "Bunyodkor" "Paxtakor" ilə qarşılaşmış və oyun 3:3 bitmişdir.

Stadionda ilk beynəlxalq oyun 26 mart 2013-cü ildə Dünya çempionatının seçmə mərhələsinin Asiya zonasının 4-cü mərhələsi çərçivəsində Özbəkistan ilə Livan arasında olmuşdur.

Qalereya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Özbəkistan stadionları Kateqoriya:Bunyodkor FK