İçərişəhərdəki tarix-memarlıq abidələrinin siyahısı -
Əsas Qeyd: Aşağıdakı siyahıda dünya, ölkə və yerli əhəmiyyətli abidələr verilmişdir Adı Aid olduğu dövr Məlumat Şəkil QeydiyyatQız qalasıXII əsrQədim qala divarlarının (İçərişəhərin) cənub-şərq hissəsində, dənizkənarı parkın yaxınlığında yerləşən tarixi abidədir. Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. Daşdan hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir. Belə ki, VIII mərtəbənin tavanının ortasında olan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. Qalaya yeganə giriş yolu onun qərb tərəfində, yerin əvvəlki səthindən 2 m hündürlükdə və 1,1 m enində olan tağlı qapı yeridir"АЗЕРБАЙДЖАН IV–VIII векoв" Л. С. Бретаницкий, Б. В. Веймарн Издательство "ИСКУССТВО ", Москва, 1976.140px|2.2Molla Əhməd məscidiXIV əsrİçəri Şəhərin məhəllə məscidləri tipinə aiddir. Nəsrəddin Quştası ibn Həsən Hacıbaba tərəfindən sifariş olunmuş, Abşeronun məşhur tikililərinin, eyni zamanda Nardaran qəsrinin (1301-ci il) və Bibi-Heybət kəndində minarəli məscidin (XIII əsrin sonu) müəllifi olan ustad-memar Mahmud ibn Sad tərəfindən XIV əsrin əvvəlində inşa edilmişdir. Məscidə Əhməd adlı şəxs axundluq etdiyi üçün xalq arasında Molla Əhməd məscidi adlandırılmışdır.
Məscid planda dördbucaq şəklində olub həcmcə kiçik bir zaldan ibarətdir. Cənub divarında sadə mehrab, yanlardan taclı, alçaq formalı daş qübbə düzgün işlənmişdir. Zahirən gözə çarpmayan assimetrik fasad, dəqiq profillənmiş giriş və sonradan əlavə olunmuş iki kiçik pəncərələrlə tamamlanır.
Fasadın yuxarı hissəsində uzun zolaq şəklində verilmiş, binanın inşası haqqında ikisətirli ərəb yazısı eyni zamanda həm sifarişçi, həm də hərbi, dini və xatirə abidələrinin tikintisində fəal iştirak edən memar haqqında dolğun və məzmunlu məlumat verir. Onun yaradıcılığında, memarlıq irsinin bir hissəsi olan, Şirvanşahlar dövrünü əks etdirən stilistika üslublarının tərəqqisi hiss olunur.140px|85Hacı Bani məscidiXVI əsrŞirvanşahlar saray kompleksi yaxınlığında yerləşir. Fasad üzərindəki qısa epiqrafik kitabəyə əsasən memar Hacı Bani tərəfindən XVI əsrdə inşa edilmişdir. Planda mərkəzi künbəzlidir. Girişlə üzbəüz, irimiqyaslı hörgü ilə, stalaktit yaruslu mehrab yerləşir.
Başqa bir epiqrafik yazıdan aydın olur ki, məscid Hicri-qəməri təqvimlə 1320-ci ildəH. Q. 1320 = M. 10 aprel 1902 – 29 mart 1903 bərpa edilmişdir. Bu zaman yenidənqurma işləri aparılmış, vestibül və qadınlar üçün nəzərdə tutulmuş xüsusi hissə (şəbistan) əlavə edilmişdir. Cüt yarımdairəvi pəncərələr sayəsində isə ibadət zalı ikiqat işıqlandırılmışdır.
Məscidin yenidənqurma işləri zamanı interyeri və eksteryeri ənənəvi memarlıq üslublarını və motivlərini qoruyub saxlamışdır. İfadəli silueti, kub təməl üzərindəki quruluşu, Abşeron tipli daş şarkonusvari künbəzin traktovkası və küçənin eniş istiqamətində gözəl vurğulanmış künc hissəsi yerli memarlığın xarakterik xüsusiyyətlərini əks etdirir. 140px|77Ağa Mikayıl hamamıXVIII əsrHamam XVIII əsrdə Şamaxı sakini Hacı Ağa Mikayıl tərəfindən İçərişəhərin cənub-qərb tərəfində, əsas küçələrdən biri olan Kiçik Qala küçəsində tikilmişdir. Onun yerləşdiyi ərazi xalq etimalogiyası dilində hamamçılar məhəlləsi adlanır. Hamamın girişi Kiçik Qala küçəsindədir. Otaqların daxili quruluşu öz genişliyi ilə digər hamamlardan fərqlənir. Soyunma və yuyunma otaqları kvadrat formalıdır. Otaqlar dörd mərkəzi dayaq sayəsində böyük kompozisiya təşkil edir. Hamamın memarlıq kompozisiyası proporsional təyin olunan yaruslara bölünmüş çatma formalı tağlar, qübbələr və günbəzlərlə ifadə olunmuşdur. Yerli memarlıq formasına uyğun işlənilmiş sərt fasad və daş üzərində üstünlük təşkil edən günbəzlərin həcmi hamamın əsasını təşkil edir. Bina üzərində özünəməxsus formalı tüstü bacası qurulmuşdur. Abidə cənub-şərq şəhər mülki sisteminə fəal ictimai bina kimi daxil olunmuşdur.140px|76Kiçik karvansarayXV-XVI əsrlərKiçik və ya "Xan karvansarası" adlanan karvansara XV əsrin sonu XVI əsrin əvvəlində tikilmişdir. Planda kvadrat formalıdır. İçəridə küncləri kəsik, iri dördbucaq şəkilli həyəti var. Bütün perimetr boyu eyvanla əhatə olunmuşdur. Eyvanın arxasında isə şəxsi istifadə üçün nəzərdə tutulmuş yaşayış otaqları yerləşir. Şimal-cənub oxu üzrə, ticarət küçələrini birləşdirən bir otaqlı, iki tərəfli açıq girişi var. Həyətin bəzək memarlığı, ənənəvi formalar — səthi düz dördbucaq çərçivələrə alınmış çatma tac eyvanlar üzərində qurulmuşdur. Sadə profilli karniz, binanın perimetri üzrə tikilinin zal fasadlarını birləşdirir. Karvansarayın şimal və cənub girişləri portal formasındadır. Karvansarayın əsas giriş portalı orta əsrlərdə dəniz tərəfdən olmuşdur. Cənub tərəfdən karvansarayın fasadı ikimərtəbəli olub möhtəşəm istehkam görüntüsünə malikdir. Orta əsrlərdə karvansara ticarət küçəsi tərəfdən, həyətlə birbaşa əlaqəsi olmayan dükanlardan ibarət idi. Ehtimal olunur ki, bu tikili karvansara kimi fəaliyyət göstərməmişdən öncə Came məscidinin mədrəsəsi və onun həyətində fəaliyyət göstərən hücrələrdən ibarət olmuşdur. Karvansara şəhərin ticarət magistralında yerləşib şəhərsalma sistemində əsas yer tutur.140px|80Hacı Bani hamamıXV əsrin sonlarıHamam uzun əsrlər boyu torpaq altında qalmışdır. 1964-cü ildə bu ərazidə arxeoloji-təqdiqat işləri aparılarkən orta əsrlərə aid hamam aşkar olunmuşdur.
Hamam XV əsrin sonlarında tikilmişdir. Hamamın sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani olmuşdur. Ona görə də hamama ya Hacı Qayib, ya da Hacı Bani hamamı deyirlər. Müsəlman şəhərlərinin əsas elementlərindən biri olaraq bu hamam karvan yolu üzərində öz irihəcmli görünüşü ilə seçilir.
Memarlıq formalarında mövcud olan otaqların zəngin örtüklər sistemi hətta kiçik kameraların interyerinə belə son dərəcə bədii ifadəlik verir.
Hamama daxil olarkən orada ifadəli memarlıq formalarından, dolğun həcmli plastika üslubundan istifadə edildiyini hiss etmək olur.140px|92İkimərtəbəli karvansarayXV əsrKarvansaray XV əsrdə tikilmişdir. Mənbələrə görə Şirvan şahı I Xəlilullah tərəfindən Bakı sakini Qasım bəyə və onun varislərinin istifadəsinə verilmişdir.
Karvansarayın eyni ox üzrə yerləşən ikitərəfli açıq girişləri vardır. Karvansaraya giriş dəniz ticarəti ilə əlaqədar sahil küçəsindən və ticarət magistralı yerləşən hissədən mümkündür. Karvansara daxili planına əsasən kvadrat formalıdır. Daxili məkanı səkkizüzlüdür, arxasında ayrıca otaqlar yerləşən eyvanlarla əhatə olunmuş həyətdən ibarətdir. Otaqların və eyvanların qübbə örtükləri çatma formalıdır. Küncdəki otaqlar isə kiçik künbəzlərlə tamamlanır.
Karvansaraya girişlər, bina hündürlüyündə qabaran portallar və birinci mərtəbə səviyyəsində dərin taxçalarla tamamlanır. Cənub-şərq tərəfdən karvansara bütöv künc qalalarla mühafizə olunmuşdur. Bu da eyni zamanda onun şəhər divarları sistemində müdafiə xarakterini göstərir.140px|81Xanlar məscidiXIX əsrin sonlarıXIX əsrin sonunda Xanlarov qardaşları tərəfindən sifariş edilmişdir. Öz evləri yaxınlığında memar Məşədi Mirzə Qafar İzmaylovun layihəsi əsasında inşa olunmuşdur. Bu kiçik məscid uzadılmış dördbucaq şəklində, yaşayış məhəllələrinin cərgəsində yerləşmişdir. Giriş üç hissəyə bölünmüşdür. Bunlardan mərkəzdəki bölmə künbəzlə tamamlanır, yanlardakılar isə qübbələr ilə örtülmüşdür.
Zalın uzununa oxu istiqamətində maraqlı plastik memarlıq kompozisiyası təqdim edən, cinahlarda qoruyucu pəncərəli, zəngin naxışlı mehrab yerləşir. İnteryer tamamilə nəbati xarakterli naxış motivləri ilə zəngindir. Bu da daxili məkanın bütün sisteminə əzəmətlilik və təmtəraqlıq gətirir. Məscid İçərişəhər ərazisində ən son tikilmiş dini abidələrindən biridir.
Hal-hazırda yaşayış evi kimi istifadə olunur.140px|90 Çin məscidi1375Fasad üzərində, giriş qapısının üstündəki epiqrafik kitabə onun Hicri-qəməri təqvimlə 777-ci ildəH. Q. 777 = M. 2 iyun 1375 – 20 may 1376 Fəzlullah İmam ibn Osman Şirvaninin vəsiyyəti ilə inşa olunmasından bəhs edir. Məhz buna görə bəzən məscidi onun adı ilə adlandırırlar.
Fasad üzərindəki digər epiqrafik yazıdan belə məlum olur ki, abidə Hicri-qəməri təqvimlə 1186-cı ildəH. Q. 1186 = M. 4 aprel 1772 – 23 fevral 1773 Məsud Əli tərəfindən bərpa olunmuşdur.
Məsciddə 2012-ci ildə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən əsaslı şəkildə təmir-bərpa işləri aparılmışdır. Təmirdən sonra abidə İçərişəhər DTMQİ-nin nəzdində numizmatika muzeyi kimi fəaliyyət göstərir.140px|2371Qasım bəy hamamı1420–1460-cı illərHamam Şirvanşah I Xəlilullah dövründə Salyan darvazası (Salyan qapısı) yaxınlığında tikilmişdir. Xalq etimologiyasında hamamın "Şirin hamam" adı alması, burada çay ilə bərabər şirniyyatın da verilməsi ilə əlaqədardır.
Hamamın planlaşdırma strukturu yerli memarlığın ənənəvi üsullarına əsaslanıb. Vestibül hissəsindən, soyunma və yuyunma otaqlarından, xəzinə və odluq kamerasından ibarətdir. Soyunma və çimmə otaqları xaçgünbəzlidir və künclərdə kameralıdır. Hamamın mərkəz hissələri üzərində əsas günbəzlər yerləşən səkkizüzlü formadadır. Tağlar, qübbələr və günbəzlərlə bölünmüş hamamın daxili məkanı memarlıq və konstruktiv formaların böyük vəhdətlik dərəcəsi ilə fərqlənir. Zalın həcmli plastikası, memarlıq kütlələrinin üfüqi və şaquli bölgüləri nəticəsində əldə edilmişdir. Su təminatı, isitmə və qızdırma sistemi divarların içərisində və döşəmənin altında yerləşən küng borular vasitəsilə həyata keçirilirdi.
Hamamda bərpa işləri 1970-ci ilin sonlarında aparılmışdır və o, Yaşıl əczaxanasına çevrilmişdir. Qasım bəy hamamı orta əsrlər dövrü mülki memarlığın abidələrindən biridir və dövlət tərəfindən qorunur.140px|83Mədrəsə məscidXV əsrSon orta əsrlərdə əsasən məscid-mədrəsə kimi fəaliyyət göstərmiş bu abidə İçəri Şəhərdə mövcud olmuş Came məscidinin hal-hazıra qədər qalmış hücrələrindən biridir. Hücrələr XV əsrdə Came həyətində tədris məqsədilə inşa olunmuşdur. İçəri Şəhər Asəf Zeynallı küçəsinin genişlənməsi və yol-tikinti işlərilə əlaqədar XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid mədrəsə kimi istifadə edilmişdir.
Məscid mədrəsənin girişinin portalında digər hücrələr ilə əlaqə yaradan çıxıntı ilə bərabər memarlığın əsas prinsipləri – daş üzrə oymalar, geniş naxış palitrası, bədii epiqrafika və s. əks olunmuşdur. Əsasən daş üzərində tikinti və naxış işlərinin keyfiyyəti mükəmməldir.140px|88Buxara karvansarayıXV əsrXV əsrin sonunda İçərişəhərin ticarət magistralının üzərində tikilmişdir. Planda kvadrat formalı, qabarıq portallı karvansarayın həyəti səkkizüzlü formadadı. Perimetr üzrə eyvanlar və şəxsi otaqlar – hücrələrlə əhatə olunmuşdur. Səkkizüzlü rahat həyət, gündəlik ticarət əməliyyatlarından sonra səyyahların və tacirlərin toplaşdığı, açıq səma altında xüsusi bir zal idi. Düz çərçivəyə alınmış həyətin daxili məkanının bütün perimetri boyu ümumi üslubla birləşən çatma tağ memarlıq kompozisiyasının əsas hissəsini təşkil edir.