İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı — Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərməsi nəzərdə tutulan ali təhsil müəssisəsi.İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . 16.05.2015, president.az Rektoru Əziz Əliyevdir.

Tarixi Filial Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti rəhbərliyinin Bakı şəhərində universitetin filialının yaradılması ilə bağlı təklifi nəzərə alınaraq 15 may 2015-ci ildə yaradılmışdır.

Tədris Filialda tədris rus dilində nəzərdə tutulmuşdur.İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı tələbə qəbulu elan edir . "Azərbaycan müəllimi" qəzeti, 11.07.2015, № 25.

2015–2016-cı tədris ili üçün filiala müalicə işi ixtisası üzrə 100 nəfər tələbənin qəbul olunması nəzərdə tutulur.

Filialın tədris fəaliyyəti İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tədris plan və proqramları əsasında həmin ali məktəbin professor-müəllim heyəti tərəfindən həyata keçiriləcəkdir. Məzunlara İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin diplomu təqdim ediləcəkdir.

Rəhbərlik Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Əziz Cəmil oğlu Əliyev filialın rektoru vəzifəsinə təyin edilmişdir.Ə. C. Əliyevin İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2015-ci il tarixli Sərəncamı. president.az, 14.12.2015

Həmçinin bax M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti

İstinadlar

Kateqoriya:15 mayda yarananlar Kateqoriya:2015-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan universitetləri Kateqoriya:Tibb təhsili Kateqoriya:Bakıda təhsil Kateqoriya:İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti Kateqoriya:Azərbaycan–Rusiya münasibətləri Kateqoriya:Universitetinin filialları