thumb|230px| Mariya Santissima del Elemosina bazilikası, Kataniya, 1768 230px|thumb|Siciliya barokkosu, San Nikolo kafedral kilsəsi, Noto Siciliya barokkosu () — Barokko memarlığının bir növü, yaxud qolu olub XVII–XVIII əsrlərdə təşəkkül tapmışdır. Bu növ klassik barokko memarlığından bərli-bəzəkli tağ və sütun elementlərdən başqa çoxlu sayda gülərüzlü maskalar, putto və adlanan kiçik oğlan uşağı fiqurlarına, həddən ziyadə bəzək elementlərinə malik olması ilə seçilir. thumb|230px|Notoda küçəsi
Yaranması 1693-cü ildə baş vermiş güclü zəlzələ nəticəsində adanın bir çox yaşayış məntəqələri dağılmışdır. Zəlzələ tarixi Noto şəhərinin tamamilə dağılmasına səbəb olur. Noto şəhəri o dövrdə adlı-sanlı Roma memarları deyil, yerli memarlar tərəfindən layihələşdirilərək tikilir. Bu zaman yerli memarlar tam sərbəst şəkildə düşünərək klassik barokko memarlığına yeni istiqamət vermişdirlər. Siciliya barokkosuna İtaliyanın yalnız Siciliya regionunda rast gəlinir. Zəlzələdən sonra yerli kübar cəmiyyətinin nümayəndələri öz saray və imqamətgahlarını, kilsə binalarını məhz bu yeni nəsil memarlarına həvalə etmişlər.
Özünəməxsusluğu Kompozisiyalarda insan, heyvan və məxluqlara məxsus gülümsəyən maska elementlərindən, putto və adlanan kiçik oğlan uşağı fiqurlarından geniş istifadə olunması; Antablement, balkon və ya eyvanların ön hissəsinin dəmir və daş baluster — nar çiçəyi) adlanan sütuncuqlarla işlənməsi; Mürəkkəb qurluşlu hündür və eşik pilləkan sisteminə malik olması; Qabarıq və ya batıq qövs formalı fasada malik olması; Kilsə zəngləri üçün qüllə əsas binadan azad və aralı tikilir. Bu zaman kilsə zəngləri qüllənin içərisində gizlədilmir, əksinə aşkar nümayiş etdirilərək əsas binanın fasadına inteqrasiya olunmuş müvafiq hücrələrdən asılırlar; Divar və döşəmələrin rəngli mərmərdən döşənməsi; Tikinti materialı kimi vulkanik daşlardan istifadə olunması binaya boz və qara rəng verirdi; Sütunlar əsasən tək və ya cüt halda fasad tağlarını saxlayır, demək olar ki, tikilidə sütun cərgələri olmur.
Görkəmli memarları Rozario Qalyardi (1698–1762), Noto, Raquza və Modika şəhərindəki bir çox tikililərin (Raquza San Corco kilsəsi, Modika kafedral kilsəsi, Noto Del Karmine kilsəsi) müəllifi; Andrea Qiqanti Qvarino Qvarini (1624–1683), Messina şəhərindəki bir çox tikililərin müəllifi Stefano İttar (1724–1790), Kataniya şəhərindəki bir çox tikililərin (Mariya Santissima del Elemosina bazilikası) müəllifi Paolo Labisi Ciulio Lasso (????–1617), Palermo şəhərindəki bir çox tikililərin müəllifi Cüzeppe Venansio Marvuclia (1729–1814); Tomasso Napoli Andrea Palma (1644–1730), Palermo və Sirakus şəhərlərindəki bir çox tikililərin (Sant İqnasio all Olivella kilsəsi, Santa Mariya delle Kolonne kafedralı) müəllifi Vinçenso Sinatra (1720–1765), Noto və İspisa şəhərlərindəki bir çox tikililərin müəllifi; Covanni Battista Vakkarini (1702–1768), Kataniya şəhərindəki bir çox tikililərin müəllifi
Mənbələr Version vom 7. Mai 2007 Nikolaus Pevsner, Hugh Honour, John Fleming: Lexikon der Weltarchitektur. 2., erweiterte Auflage. Prestel, München 1987, ISBN 3-7913-0652-9. Blunt Anthony. Sicilian Baroque. — London: Weidenfeld & Nicolson, 1968. — ISBN 978–0297764403.
Xarici keçidlər
Churches of Ragusa Palazzi interiors including Palazzo Gangi Photographs of some Sicilian Baroque churches The Sicilian Aristocracy Val di Noto
Kateqoriya:Memarlıq üslubları Kateqoriya:İtaliya memarlığı