Votkom () — ABŞ-nin Vaşinqton ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınma məlumatına görə əhalisi 201.140 nəfər olmuşdu. Ən böyük şəhəri və inzibati mərkəzi Bellinqham şəhəridir. Dairə 9 mart 1854-cü ildə İsland qraflığının ərazisində yaradılmışdır. Adın mənşəyi Lummi dilindəki Xwotʼqom sözündən götürülmüşdür və mənası "gurultulu su" deməkdir.

Qraflığın şimal sərhəddi Kanadanın Britaniya Kolumbiyası əyaləti ilə olan beynəlxalq sərhəd təşkil edir ki, burada 4 Kanada şəhəri ilə qonşudur : Delta, Vayt Rok, Surrey, Lenqli. Qraflıq ilə Kanada arasında 5 sərhəd keçid məntəqəsi var : 2 ədəd Bleyndə, 1 ədəd Lindendə, 1 ədəd Sumas və 1 ədəd Poynt-Robertsda.

Coğrafiyası ABŞ Siyahıyaalma Bürosu məlumatlarına görə qraflığın ümumi ərazisi 6483 km² olub, bunun 5457 km² quru, 1026 km² isə sudur.

Yaşayış məntəqələri

Şəhərlər Bellinqham Bleyn Everson Ferndeyl Linden Nuksak Sumas

Siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqələri

Akmi Berç-Bey Cenevrə Deminq Kaster Kendal Qleyşer Mariyeta-Oldervud Meypl-Fols Pisful-Vali Poynt-Roberts Saden-Vali

İstinadlar

Kateqoriya:9 martda yarananlar Kateqoriya:1854-cü ildə yarananlar