Vadden dənizi — (, , , Frysk: Waadsee) Şimal dənizinin cənub-şərq hissəsi olub, Avropa qitəsinin şimal-şərq sahilləri ilə ilə Friz adaları arasında yerləşir. Vadden dənizi Niderlandın cənub-qərbində yerləşən Den-Helder şəhərindən Danimarkanın Esbyerq dəniz limanına qədər təxminən 500 km məsafədə uzanır və onun cəmi sahəsi 10000 km²-ə qədərdir, lakin bəzi mənbələrə görə isə dənizin sahəsi 8000 km²-dir. O, Niderland daxilində Eysselmer körfəzindən 1927–1932-ci illərdə tikilmiş Afslyutdeyk magistralı ilə ayrılmışdır. Dəniz özünün biomüxtəlifliyi ilə seçilir. Dənizin Hollandiya və Almaniyaya aid olan hissələri 2009-cu ildə, Danimarka hissəsi isə 2014-cü ildə UNESCO-nun Ümumdünya irsi Siyahısına daxil edilmişdir.Wadden Sea World Heritage Site waddensea-worldheritage.org. Vadden dənizi sahil xətləri insanlar tərəfindən ən çox dəyişdirilmiş dənizlərdən biridir.C. Michael Hogan. 2011. Wadden Sea. eds. P. Saundry & C. Cleveland. Encyclopedia of Earth. National Council for Science and the Environment. Washington DC Vadden dənizinin sahillərində çoxlu dambalar və bəndlər tikilmişdir. Bu bəndlərin üzərində şose yolları və dəmir yolları inşa edilmişdir.

İstinadlar

Xarici keçidlər Secretariat of The Trilateral Cooperation on the Protection of the Wadden Sea Wadden Sea Forum Germany Travel The official tourism site of Denmark Tourism in the Netherlands

Kateqoriya:Atlantik okeanın dənizləri Kateqoriya:Almaniya coğrafiyası Kateqoriya:Danimarka dənizləri Kateqoriya:Niderlanddakı ümumdünya irsi Kateqoriya:Avropa dənizləri Kateqoriya:Atlantik okeanın ucqar dənizləri Kateqoriya:Niderland coğrafiyası Kateqoriya:Dəniz qoruqları Kateqoriya:Almaniyadakı ümumdünya irsi