Bəyaz gecələr (, Belıye noçi) — Rusiya yazıçısı Fyodor Dostoyevskinin 1848-ci ildə yazıb çap etdirdiyi qısa roman. Dostoyevski bu əsəri gənclik illərinin dostu, şair A. N. Pleşeyevə həsr edib.
Məzmun "Bəyaz Gecələr" — dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1848.ci ildə nəşr olunmuş qısa bir romanıdır. Kitabda adsız bir xəyalpərəstin 4 gecə və bir səhərdən ibarət 5 günü ələ alınır. Əsər məktub şəklində yazılıb və qəhrəmanın öz dilindən nəql olunur. Belə ki, xislətcə utancaq və xəyalpərəst olan gənc, Peterburqun bəyaz gecələrinin birində Nastenka adlı bir qızla tanış olur və qarşılıqlı bir-birlərinə öz həyatlarını nağıl edirlər. Lakin həqiqətdən çox öz xəyal dünyasında yaşayan gənc bu qısa müddətli görüş gecələrində belə tənhalığından qurtulur və sonu onun üçün uğursuz alınsa belə, arzuladığı xoşbəxtliyə nail olur. Odur ki, kitab bu cümlə ilə yekunlaşır: "Məgər bir anlıq belə bir xoşbəxtlik bütöv bir ömür üçün kifayət deyilmi ?"
Personajlar Xəyalpərəst — baş obraz, 26 yaşı var Nastenka Nastenkanın kor nənəsi Fyokla — nənənin qulluqçusu Matryon — xəyalpərəstin qulluqçusu
İstinadlar
Kateqoriya:Fyodor Dostoyevskinin əsərləri Kateqoriya:Filmlərə adaptasiya olunmuş hekayələr Kateqoriya:1840-cı illərin romanları Kateqoriya:1848-ci ilin kitabları Kateqoriya:Povestlər Kateqoriya:Rus dilində romanlar