Peçoylar (beçoylar) — Orta əsrlərdə Macarıstan ərazisində yaşamış müsəlman-türk xalqı.
Bəzi tədqiqatçılar peçoyları türklərin oğuz qrupuna aid edilən peçeneqlərdən (əksər tarixi ədəbiyyatlarda "beçene" və ya "beçeneq" kimi işlədirilir''Bax: Bəxtiyar Tuncay."Qafqaz albanlarının dili və ədəbiyyatı" Bakı: Qanun Nəşriyyatı-2010, 368 səh. S.11) sayır. Bir qism tədqiqatçılar isə peçoyları hun tayfalarının bir qolu hesab edir. Türkiyəli tarixçilər isə peçoyları nə hunlara, nə də peçeneqlərə aid etmədən Peç şəhərinin əhalisi ("peçoy" və "peçevi" sözlərinin ərəb əlifbası ilə eyni cür yazılmasını əsas gətirərək) kimi Anadoludan köçmüş osmanlı türklərindən sayır.
Peçoylar barədə dövrümüzə qədər gəlib çatmış yeganə tarixi sənəd məşhur türk səyyahı Övliya Çələbinin "Səyahətnamə" əsəridir. Övliya Çələbi peçoylara XVII əsrin ortalarında Macarıstan ərazisində rast gəlmişdir.
Övliya Çələbi Səyahətnaməsində Macarıstan ərazisindəki Peçoy şəhəri haqqında:
Azərbaycanın indiki Ağsu rayonu ərazisindəki Bico kəndinin adının etimologiyası ilə bağlı versiyalardan biri də bu adın peçoy tayfalarının adından götürülməsidir.Bax: "Ədəbiyyat və İncəsənət" qəzeti, 27 dekabr, 1985-ci il, №52 (2157)
Dilləri
Mədəniyyət
Mənbələr Günümüz türkcesiyle Evliya Çelebi Seyahetnamesi, Hazırlayan:Seyit Ali Kahraman, 6.kitab, 2.cilt, Yapı Kredi Yayınları-2010, 784 s. "Ədəbiyyat və İncəsənət" qəzeti, 27 dekabr, 1985-ci il, №52 (2157) Bəxtiyar Tuncay "Qafqaz albanlarının dili və ədəbiyyatı" Bakı: Qanun Nəşriyyatı-2010, 368 səh. Əzizxan Tanrıverdi "Kitabi-Dədə Qorqudun söz dünyası" Bakı-2006, 471 s.
İstinadlar
Kateqoriya:Türk xalqları Kateqoriya:Etnik qruplar