Arran yepiskopluğu (Arami dilində: ܐܪܐܢ) — Nestorian kilsəsinin Qafqaz Albaniyası ərazisindəki tarixi inzibati ərazisi. Mərkəzi Bərdə şəhərində yerləşirdi. 420-ci ildə yepiskopluq təsis edilmiş, 900-cü illərdə mitropolitlik statusu almış, 1200-cü ilə qədər də bu statusu qorumuşdu.A CONCISE HISTORY OF NESTORIAN CHRISTIANITY IN ASIA FROM THE PERSIAN SCHISM TO THE MODERN ASSYRIANS - AUBREY R. VINE, səh. 118 1200-cü ildə isə Arran yepiskopluğu ləğv edilərək Təbrizdə mərkəzləşmiş Azərbaycan yepiskopluğu tabeliyinə verilmişdir.
Bilinən yepiskopları: Karaduset - I Qubadın şahlığı dövründə yaşamışdır. Sabrişo - 900-cü ildə IV Yohannanın seçilməsində iştirak etmişdi.Sara Qasımova, ON CHRISTIANITY IN MEDIEVAL AZERBAIJAN, The Caucasus & Globalization jurnalı, say 3-4, 2010. Səh 157. Yunan (899-902) Baladlı Eliya - Patriarx Mari (987-999) tərəfindən təyin olunmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycanda xristianlıq Kateqoriya:Azərbaycanda din tarixi Kateqoriya:Qafqaz Albaniyası Kateqoriya:420-ci ildə yarananlar Kateqoriya:1200-cü ildə ləğv olunanlar