İskəndər bəy, Skanderbeq və ya Georgi Kastrioti (, ; ) — Kastrioti knyazlığının hakimi (1443-1468), albanların Osmanlı dövləti əleyhinə üsyanının rəhbəri, Albaniyanın xalq mahnılarında xatırlanan milli qəhrəman.
Həyatı Georgi alban knyazı Qyonun balaca oğlu idi. Qyon, Venesiya sənədlərində "qüdrətli alban senyoru, Venesiya və Raquzanın fəxri vətəndaşı" kimi xatırlanır. Uşaq yaşlarında, sultan II Muradın dövründə Georgi osmanlılara girov verilmişdi. Burada o İslamı qəbul etmiş, zabit kimi Osmanlının düşmənlərinə qarşı döyüşlərdə məşhuluq qazanmış və göstərdiyi şücaətə və qəhrəmanlığa görə türklər tərəfindən İsgəndər ləqəbini qazanmışdı (Makedoniyalı İsgəndərə bənzətmə).
Vətənə qayıdışından sonra İsgəndər bəy (alban tələffüzündə Skanderbeq) Osmanlıya qarşı mübarizə aparmışdı.
Həmçinin bax Səlimiyyə məscidi (Leja)
İstinadlar
Xarici keçidlər
Official website of the Kastrioti family of Italy Analysis of literature on Scanderbeg Marinus Barletius: History of George Castriot, surnamed Scanderbeg: Chapter XII Schmitt Jens Oliver (2008) Scanderbeg: an Uprising and its Leader The story of Skanderbeg in development by Skanderbeg Media Productions by members of the Kastrioti bloodline
Kateqoriya:Albaniya tarixi Kateqoriya:Üsyan rəhbərləri Kateqoriya:Xristian monarxlar Kateqoriya:XV əsr katolikləri Kateqoriya:XV əsr Avropa hökmdarları