Vorvik Universiteti () — İngiltərənin Koventri şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.

Reytinqi Böyük Britaniyanın "Times Higher Education Supplement — QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Vorvik Universiteti 100 ən yaxşı ali məktəb arasında 58-ci yerdə sıralanmışdır.

2010-cu il üzrə "Times Higher Education World University Rankings"in 200 universitetdən ibarət olan reytinq cədvəlinə Vorvik Universiteti daxil edilməmişdir.

2011–2012-ci tədris ilinin yekununa əsasən Vorvik Universiteti QS World University RankingsDünyanın 50 gənc universitetinin reytinqi . muallim.edu.az, 26.04.2013 tərəfindən tərtib edilmiş "Dünyanın 50 gənc universitetinin reytinq cədvəli"ndə 3-cü pillədə olmuşdur.Dünyanın 50 gənc universitetinin reytinq cədvəli. muallim.edu.az + "QS World University Rankings"dəki yeri:2015/162014/152013/142012/132011/122010/11486458------

Məşhur məzunları Yakubu Qovon – Nigeriyanın sabiq prezidenti; Valentina Ştrasser – Syerra-Leone Respublikasının sabiq rəhbəri; Vernon Koaker – Böyük Britaniyanın Dövlət Təhlükəsizlik, Terrorizmlə Mübarizə, Cinayət və Mühafizə naziri; Kim Hauells – Böyük Britaniyanın xarici işlər naziri; Devid Devis – Britaniya Mühafizəkarlar partiyasının siyasətçisi; Baronessa Amos – Avropa İttifaqının Afrika İttifaqında (53 Afrika dövlətindən ibarət) xüsusi nümayəndəsi, Böyük Britaniya lordlar palatasının sabiq lideri; Baronessa Morris – Böyük Britaniyanın təhsil məsələləri üzrə sabiq dövlət katibi, Leyborist partiyasının üzvü; Çan Yun Han – Honq-Konq Qanunvericilik şurasının sabiq üzvü; Corc Saitoti – Keniyanın sabiq vitse-prezidenti; Devid Li – Şərqi Asiya bankının sədri və baş icraçı direktoru; Corc Kanyeihamba – Uqanda prezidentinin hüquq məsləhətçisi; Merfin Cons – BBC İdarəçilər Şurasının üzvü, Banqor Uels Universitetinin vitse-kansleri; Ouayn Ceyms – Milli Tələbə Təşkilatının sabiq prezidenti; Tomas Samner (Stinq) – məşhur musiqiçi; Tom Solesbari – avarçılıq üzrə Olimpiya çempionu; Stiv Heyuey – "Liverpul" klubunun futbolçusu; Mark Hyuz – futbol meneceri.

İstinadlar

Ədəbiyyat Lamiyə Əliyeva, Dünya universitetləri: Uorvik Universiteti , "Azərbaycan müəllimi" qəzeti, 24.12.2010, № 50.

Kateqoriya:İngiltərə universitetləri Kateqoriya:Koventridə təhsil Kateqoriya:1965-ci ildə yarananlar Kateqoriya:Rassell qrupu