Con Uintrop Hakett (; d. 4 fevral 1848 – ö. 19 fevral 1916) — Avstraliyalı sahibkar və "Qərbi Avstraliya" qəzetinin baş redaktoru; Qərbi Avstraliya Universitetinin yaradıcısı.Lamiyə Əliyeva, Dünya universitetləri: Qərbi Avstraliya Universiteti , "Azərbaycan müəllimi" qəzeti, 01.07.2011, № 25.

Təhsilə qayğısı

Con Uintrop Hakett tərəfindən 1911-ci ildə Qərbi Avstraliya Universitetinin yaradılması təşəbbüsü irəli sürülmüşdür. O, həmin vaxt sahibkar və "Qərbi Avstraliya" qəzetinin baş redaktoru idi. Bundan sonra universitetin yaradılmasında əsas rol oynayan Kral komissiyasının sədri olur. Sonradan Con Uintrop Hakett yeni yaradılmış universitetin kansleri təyin olunur. C.U.Hakett şəxsi büdcəsindən Qərbi Avstraliya Universitetinin inkişafı və Pert şəhərində universitet binalarının tikintisi üçün 425000 funt-sterlinq dəyərində vəsait ayırmışdır.

Xatirəsi left|thumbnail|Uintrop Holl Hazırda Qərbi Avstraliya Universitetinin kampusunda yerləşən bir çox binalar Con Uintrop Hakettin adını daşıyır.

İstinadlar

Kateqoriya:Qərbi Avstraliya Universiteti Kateqoriya:Avstraliya jurnalistləri