Henri Robinson Hartli (; d. 12 noyabr 1777, Sauthempton, İngiltərə – ö. 24 may 1850, Kale, Fransa) — ingilis xeyriyyəçi; Sauthempton Universitetinin yaradıcısı.Lamiyə Əliyeva, Dünya universitetləri: Sauthempton Universiteti , "Azərbaycan müəllimi" qəzeti, 21.10.2011, № 41.

Həyatı 12 noyabr 1777-ci ildə İngiltərənin Sauthempton şəhərində anadan olmuşdur.

Təhsilə qayğısı

Sauthempton Universitetinin tarixi Hartlinin yardımı nəticəsində yaradılmış Hartli təhsil müəssisəsi ilə başlayır. Belə ki, 1850-ci ildə Hartli ölüm ayağında olarkən elmin inkişafı və öyrənilməsi mərkəzinin yaradılması üçün Sauthempton şəhərinin Hay stritdə yerləşən malikanəsini və 103000 funt-sterlinq məbləğdə vəsaitini vəsiyyət edir. Həmin dövrdə, adətən kolleclər yaradılmasına baxmayaraq, qeyri-adi xarakterə malik Hartli isə mərkəz yaradılması haqqında qərar verir. Lakin onun vəfatından sonra vəsiyyətnaməyə dair uzunmüddətli məhkəmə çəkişmələri və kütləvi debatlardan baş verin. Sonda bütün bunların nəticəsində Sauthemptonda institut yaratmaq qərara alınır və 1862-ci il oktyabrın 15-də baş nazir Lord Palmerstonun iştirakı ilə Hartli İnstitutunun açılış mərasimi keçirilir.

İstinadlar

Kateqoriya:Sauthemptonda doğulanlar Kateqoriya:Fransada vəfat edənlər Kateqoriya:Sauthempton Universiteti