Fer adası () — Şotlandiyada Orkney adaları ilə Şetland adları arasında qalan Böyük Britaniyaya məxsus ada.

Coğrafiya Fer adası 4,8 km uzunluğunda, 2,4 km genişliyində və 7,8 km2 sahəyə sahib və Böyük Britaniyanın ən təcrid olunmuş adasıdır. 1900-cü illərdə əhalisinin sayı 400 nəfər ikən, hazırda 68 nəfərdir. Qərb sahillərinin hündürlüyü 200 m olan qayalıqlardan ibarətdir.

Tarixi thumbnail|Adanın 1539-cu ilə aid xəritəsi|left 20 avqust 1588-ci ildə İspaniya armadasına məxsus gəmi "El Gran Grifon" Fer adasının sahillərində batmışdır. Qalıqları 1970-ci ildə tapılmışdır.

İkinci dünya müharibəsi zamanı Böyük Britaniya hökuməti adada radar staniyası qurmuşdur. 17 yanvar 1941-ci ildə bir Almaniyanın "Heinkel He 111" bombardman təyyarəsi adada qəza etmişdir. 5 pilotdan 2-si ölmüş və adadakı məzarlıqda dəfn olunmuşdur. Təyyarənin qalıqları hələ də adadır.

Biologiya Fer adası 1954-cü ildə köç quşlarını öyrənmək üçün "National Trust for Scotland" tərəfindən satın alınmışdır. Burada Anthus gustavi, Locustella lanceolata, Locustella certhiola kimi quş növləri yaşamaqdadır.

Qalereya

Xarici keçidlər Fair Isle community website Fair Isle Blog Fair Isle bird observatory Kateqoriya:Şimal dənizi adaları Kateqoriya:Şotlandiya adaları