Kennedi boğazı - Qrenlandiya adasını Elsmir (ada)sından ayırır. Nersa boğazının davamında yerləşir. Keyna körfəzini Xoll körfəzi ilə birləşdirir. Boğazın uzunluğu 130 km, eni isə 24–32 km arası dəyişir. Dərinliyi 180–340 m təşkil edir. Boğaz 1854-cü ildə şimal qütbünə təşkil edilən ekspedisiya rəhbəri İlaysem Keyro tərəfindən kəşf edilir. Adına gəldikdə isə bir neçə variant vardır. Bəziləri Kennedi adı Keynanın dostu Vilyam Kennedinin şərəfinə adlandırıldığı bildirilir. Oda qütb tətqiqatçısıdır. Digər ehtimala görə isə ABŞ hərbi-dəniz qüvvələrinin rəhbəri Con Pedlton Kennedi şərəfinə adlandırılmışdır. Boğazda yerləşən Qamsa adası Kanada və Qrenlandiya arasında mübahisəli ərazi olaraq qalır.
Həmçinin bax
Kateqoriya:Şimal Buzlu okeanının boğazları Kateqoriya:Şimali Amerika boğazları Kateqoriya:Kanada boğazları Kateqoriya:Nunavut boğazları Kateqoriya:Qrenlandiya boğazları Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış boğazlar