Axırıncı dayanacaq tammetrajlı bədii filmiAzəri, L. “Axırıncı dayanacağ”ın sakinləri: [rejissoru Fikrət Əliyev olan “Polkovnikin xəzinəsi” (“Axırıncı dayanacaq”) adlı yeni filmin çəkilişlərinə başlanılmışdır] //Mədəniyyət.- 2013.- 23 avqust.- S. 4. rejissor Fikrət Əliyev tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır.Nizami Kino Mərkəzində növbəti sosial aksiya: [Fikrət Əliyevin “Axırıncı dayanacaq” bədii filminin nümayişi haqqında] //Mədəniyyət.- 2015.- 11 noyabr.- S.7. Film İlqar Fəhmi və Fikrət Əliyevin ssenarasi əsasında "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.Azəri, L. “Axırıncı dayanacaq” ekrana çıxdı: Kinoseans – bir filmə üç baxış: Səmimi insan münasibətləri, detektivə parodik yanaşma, əla yumor hissi: [Fikrət Əliyevin quruluşunda eyniadlı bədii filmin nümayişi haqqında] //Mədəniyyət.- 2015.- 6 mart.- S.12. Film qocalar evində baş vermiş tragikomik hadisələrdən bəhs edir. İronik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Pullarını itirmiş polkovnik dostlarından şübhələnməyə başlayır və bundan sonra başına gələn hadisələr onu gülüş obyektinə çevirir. Filmdə əsas rolları Tofiq Hüseynov, Arif Quliyev, Qorxmaz Əlilicanzadə, Səmayə Musayeva, Zemfira Sadıqova, Tariyel Qasımov, Fuad Poladov, Zemfira Nərimanova, Bəhram Bağırzadə və Ağaxan Salmanlı ifa edirlər.
Məzmun İronik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Pullarını itirmiş polkovnik dostlarından şübhələnməyə başlayır və bundan sonra başına gələn hadisələr onu gülüş obyektinə çevirir.Həsənli, Ü. “Polkovnikin xəzinəsi” haradadır?: [rejissor Fikrət Əliyevin eyniadlı filmi haqqında fikirləri] //BakuPost.- 2013.- 10 iyul. — S.10.
İlk epizodda avtobusdan düşüb soruşaraq üz tutduğu qocalar evində gəncliyində itirdiyi sevgilisi Lətifəni (Zemfira Sadıqova) tapacaq Kərim (Kərim Məmmədov) əsas dramaturji hadisədən kənarda qalmaqla ən azı mətn çatışmazlığı ucbatından səbəb-nəticə əlaqəsi sayılan süjet kontekstində mövcud olsa da, mühitin ilkin təqdimatında mühüm rol oynayır. Kapitanın (Tofiq Hüseynov) yaddaşsızlıq ucbatından itirdiyi min manatın tapılması üçün keçmiş sahə müvəkkili Qəmbərlə (Qorxmaz Əlilicanzadə) onun əlaltısı Tapdığın (Arif Quliyev) cinayətkarın tutulması üçün əməliyyat cəhdləri komediya elementlərini üzə çıxarır. Bununla belə, detektiv janrının Hamletsayağı modeli tamaşaçının ekranda baş verənlərə diqqət kəsilməsinə şərait yaradır və bu axtarışda iştirak edən personajların fabula çərçivəsindəki mövcudluğu hadisəliliyi artırır. Obrazlı desək, fabula onurğasına birləşməyən süjet qabırğaları hadisəliliyin səngiməsinə səbəb olur.
Filmin strukturundakı personajların taleyi, dramaturji əsaslarla izlənilməsə də, müxtəlif taleli insanların ömrünün son dövrünü başa vurmaq üçün sığındıqları, bir çoxlarının buradan qurtulacaqlarına inandıqları bu mühit əslində məhkumluq fonunda daha geniş sosial müşküllərin üzərinə işıq salır. Əsas dramaturji hadisə yetərincə yüksək təqaüd və rütbə pulu alan keçmiş gəmi kapitanının itirilmiş min manatının axtarışı üzərində qurulur və komediya janrının diktəsi axtarış prosesini oyuna çevirdiyindən real mühitin irreallığı-şərtiliyi tələb olunur. İndiki halda istər-istəməz önə keçən sosial reallıq isə komediya janrını qabartmalı olan personajların münasibəti sisteminə qovuşa bilmir.
Digər tərəfdən, filmdə postmodernizmə xas rişxəndin, kinayənin üzə çıxması, cinayətkarı tapmaq üçün Çingiz Abdullayevin detektiv kitablarının oxunması cəhdi, əyalət təfəkkürünü önə çəkən sentimentalizmin təzahürü, qəzəlxanlığın ələ salınması, dərzinin Rəşid Behbudov, Süleyman Rüstəm, Şövkət Ələkbərova kimi məşhurlara kostyum, palto tikməsilə davamlı olaraq öyünməsi, oğlunun, nəvələrinin Nənə ilə görüşə gəlməsi və s. süjet kontekstində mövcud olduğundan əsas hadisəlik prinsipindən kənarda qalır. Davudun (Fuad Poladov) mövzu fantaziyasında polislərin gətirdiyi itin “cinayətkarı” tapması belə həmin səbəbdən hadisəlilik yarada bilmir. Halbuki rejissor Fikrət Əliyevin kino debütündə — ”Baladadaşın ilk məhəbbəti” filminin fabula mexanizminə işləyən, çimərlik geyiminin kirayə götürülməsi ilə bağlı mövzu fantaziyası kino tariximizin ən maraqlı epizodlarındandır.
Finalda axırıncı dayanacaqda avtobusdan düşüb qocalar evini soruşan növbəti yaşlı personajın simvolik səciyyə daşıması fonunda, meydançada qarmonçu Genaya (Yuri Baliyev) əlli manat verib çaldırdığı musiqi altında rəqs edənlərə qoşulmaqla gözönü hadisədə dəyişən yeganə personajın — Kapitanın maddi dünyanın əhəmiyyətsizliyini dərk etməsi mənəviyyatın maddiyat üzərində qələbəsini göstərə bilir.
Müəllifi səciyyələndirən fərdi, peşəkar üslubdan fərqli olaraq, materialı qabardan janr məfhumu mühitin diktəsinə müqavimət göstərdiyindən, bədii personajların real mühitinin ekrana köçürülməsi prosesində tarazlığın pozulması istər-istəməz qaçılmaz olur. Üstəlik filmdə komediya, detektiv, melodrama elementlərinin qarışması gerçəkliyin obrazlı modeli sayılan janr təyinatının dağınıqlığı, keçid dövrünə xas olan növbəti göstəricini gündəmə gətirir. Bununla da, sosial məsuliyyətini dərk edən müəlliflərin mühit-personaj əlaqələrinin acınacaqlı mənzərələrini süjet kontekstində olsa belə, ekrana gətirmələri az qala senzor funksiyasını üzərinə götürməyə cəhd göstərən məmur kinosunun həyata davamsızlığının təsdiqinə çevrilir.
Filmin üzərində işləyənlər Rejissor: Fikrət Əliyev Ssenarist: İlqar Fəhmi, Fikrət Əliyev Montaj : Elşad Rəhimov Operator: Kənan Məmmədov Prodüser: Müşfiq Hətəmov Rəssam: İbrahimxəlil Əminov Bəstəkar: Aygün Səmədzadə
Rollarda Tofiq Hüseynov — kapitan Arif Quliyev — Tapdıq Qorxmaz Əlilicanzadə — Qəmbər Səmayə Musayeva — Məsmə Zemfira Sadıqova — Lətifə Tariyel Qasımov — Kazım Fuad Poladov — Davud Zemfira Nərimanova — Ofeliya Bəhram Bağırzadə — Bəhruz Ağaxan Salmanlı — şair Süleyman Yasin Qarayev — Xalid Vidadi Əliyev — Əsədulla Yuri Baliyev — Gena Svetlana Həkimova — Gülçöhrə Sovqat Səmədova — Fatma Svetlana Əliyeva — Qönçə İdris Rüstəmov — Rüstəm Atabala Səfərov — Salman Vahid Əliyev — Əbdül Rahib Əliyev — Dazbaş kişi Fikrət Əliyev — Arif Mirzə Ağabəyli — Rəhim Kərim Məmmədov — Kərim Valentina Moreva — Mariya Rafiq Hüseynov — Yeni sakin Xalidə Əliməmmədova — Xadimə Mətləb Abdullayev — Cavan həkim Ülviyyə Rza — Tibb bacısı Xuraman Əliyeva — Kitabxanaçı qız Pakizə Əliyeva — Nənə Şəfiqə Muradova — Təsbehli qadın
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2014-cü ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:2014-cü ilin filmləri Kateqoriya:2014-cü ilin Azərbaycan filmləri Kateqoriya:Fikrət Əliyevin filmləri