Kuh-i-Nur (fa. کوہ نور, "İşıq dağı") — 105 karat ağırlığında olan və Böyük Britaniya tacının bir hissəsi olan qiymətli almaz daş. Dünyanın ən böyük almazıdır.

Haqqında Almazın digər tayı hesab olunan Dərya-i-Nur ("Dəniz işığı") almazının Hindistanının Andhra Pradeş ştatında olduğu düşünülür. Almaz müxtəlif zamanlarda Hindu, Rajput, İran, Əfqan, Siqx və sonda almazı talayan ingilislərin olmuşdur.

1850-ci ildə almaz İngiltərənin Ost-Hind şirkəti tərəfindən Duleep Sinqdə ələ keçirilmiş və Kraliça Viktoriya 1877-ci ildə Hindistan kraliça olunanda İngiltərə Kral Zinət Əşyalarının bir hissəsinə çevrilmişdir. Hindistan ilə müharibə etdikdən sonra Nadir şah Əfşarın əlinə keçən almaz XVIII əsrdə Kuh-i-Nur adlandırılmadan öncə Syamantaka-Mani, Madnayak ya da "Qiymətli daşların Kralı" olaraq tanınırdı.

Almaz hal-hazırda Britaniya tacının bir hissəsidir.

Qalereya

İstinadlar

Xarici keçidlər

The World of Famous Diamonds The Kohinoor Diamond Story History of the Kohinoor

Kateqoriya:İran tarixi Kateqoriya:Fars dilində sözlər və ifadələr