"Ağ corablı qadın" () — 1861-ci ildə fransız rəssam Qüstav Kurbenin yağlı boya texnikası ilə nü janrında çəkdiyi rəsm əsəri. Filadelfiya Barns fondunda sərgilənən bu tablonun ölçüləri 65×84 sm-dir.
Tablo Q. Kurbe tərəfindən rəssam dostu Fajona verilmişdir. Sonralar əsər Albert Kums Barns tərəfindən 1922-ci ildə alınmışdır.
Tablonu görməkçün əvvəlcədən növbə siyahısına yazılmaq və orta hesabla 6 həftə gözləmək lazımdır.
Süjeti Tabloda akrobatik duruşlu qadın Qüstav tərəfindən ehtiras doğurucu təsvir olunmuşdur. Ağ rəngli corabı sağ ayağına geyinməyə çalışan bu qadının təhrikedici baxışları geyim prosesinə deyil, məhz qarşısındakına doğru yönəlmişdir. Əvvəlki rəssamlar çılpaq bədən əks etdirərkən müvafiq əndazədən kənara çıxmırdılar. Bu da əsərin əsas ideyası fonunda bir o qədər də diqqət obyektinə çevrilmirdi. Ancaq ara-sıra rəssamlar, xüsusən, Qüstav Kurbe riskə gedərək, açıq-saçıqlığı daha qabarıq şəkildə təsvir edirdilər.
İstinadlar
Mənbələr
Kateqoriya:Qüstav Kurbenin rəsm əsərləri