Süleyman Ağababa oğlu Ələsgərov () — aktyor, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR əməkdar artisti (1954).

Həyatı Süleyman Ələsgərov 20 iyun 1915-ci ildə Bakıda doğulub. Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib və üç il də orada oxuyub. O, səhnəyə 1933-cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə bağlandığına görə təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov GTT-yə müsabiqə yolu ilə aktyor götürülüb.Fərəcov, S. Bizim aktyor Süleymanımız!: Yaxud, məlum və məşhur filmdən sonra tək elə “bizim” yox, hamımızın Cəbiş müəllimimiz…: [Xalq artisti Süleyman Ələsgərov haqqında] //Mədəniyyət.- 2015.- 19 iyun.- S.13.

Süleyman Ələsgərov "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan bir neçə kinolentlərində çox kiçik epizodlara çəkilib. Onun ən populyar və irihəcmli ekran obrazı "Bizim Cəbiş müəllim" filmində əsas qəhrəman olan Cəbiş müəllim roludur. Aktyor Gənc Tamaşaçılar Teatrının inkişafında xidmətlərinə görə 27 fevral 1954-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Səməd Vurğun ("Komsomol poeması", İsgəndər Coşqun) roluna görə Respublika Lenin komsomolu mükafatı laureatı olub.

Süleyman Ələsgərov Gənc Tamaşaçılar Teatrında fasiləsiz olaraq altmış üç il səhnəyə çıxmışdır. Dramlarda, komediyalarda, faciələrdə, nağıllarda, nağıl-dastan süjetli pyeslərdə bir-birindən əlvan rollar yaradıb. Səksən üç yaşında da səhnədə canlı, dinamik və təravətli görünürdü. Səhnə məntiqini həmişə həssaslıqla gözləyib.

Yaradıcılığının özəyi, mayası əsasən realist aktyor məktəbinin estetik prinsipləri ilə yoğrulmuşdur. Qəhrəman perso-najlarının ifası psixoloji dramatizmi, komik və satirik rolları təbiiliyi, koloritli gülüşü, estetik zərifliyi ilə səciyyəvi idi.

Süleyman Ələsgərov 10 dekabr 1998-ci ildə Bakıda vəfat edib.

Gənc Tamaşaçılar Teatrında ifa etdiyi əsas rollar Polad ("Qızıl quş", Mirmehdi Seyidzadə), Fərzəli bəy ("Nəsrəddin", Yusif Əzimzadə), Aqşin ("Babək", Əbil Yusifov), Vəzir, Oruc ("Fitnə" və "Qaraca qız", Abdulla Şaiq), kaçkaryov, Poçt müdiri ("Evlənmə", və "Müfəttiş" Nikolay Qoqol), Arqant ("Skapenin kələkləri", Jan Batist Molyer), Müşavir ("Qarlar Kraliçası", Yevgeni Şvarts), Eldostu ("Çiçəkii dağ", Məmmədhüseyn Təhmasib), Hacı Nuru və Molla Salman ("Molla İbrahimxəlil kimyagər", Mirzə Fətəli Axundzadə), Valentin və Pontolone ("İki ağanın bir nökəri", Karlo Haldoni), Molla Səfi və Hacı Qəmbər ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Lorenso ("Romeo və Cülyetta", Vilyam Şekspir), Yaşar ("Yaşar", Cəfər Cabbarlı), Musa ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Valentin ("İki veronalı", Vilyam Şekspir), Çuxray ("Polad necə bərkidi", Nikolay Ostrovski), komissar ("Anacan", Yusif Əzimzadə), Zeynalabdm Şirvani ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), Səməd Vurğun, Baba, Əfrasiyab ("Komsomol poeması", "Açıl bənövşəm, açıl" və "Rüstəm və Söhrab", İsgəndər Coşqun), Montanelli ("Ovod", Etil Voyniç), Namaz ("Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə), Mahmud ("Dağ seli", Əfqan Əsgərov), kaplar ("Qavroş", Viktor Hüqonun "Səfillər" romanı üzrə səhnələşdirənləri Zəfər Nemətov və Əli İsmayılov), Murtuz ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli), Naçalnik ("Danabaş kəndinin məktəbi", Cəlil Məmmədquluzadə).

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" — 27 fevral 1954 Azərbaycan SSR Lenin komsomolu mükafatı "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982Respublika teatr sənətinin işçilərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı — anl.az saytı

Filmoqrafiya Ağ atlar üçün vals (tammetrajlı televiziya tamaşası) (AzTV) - aktyor: Camal ata Astana (film, 1986) - aktyor: ata Babamızın babasının babası (film, 1981) - aktyor: professor Babək (film, 1979) - aktyor: Xürrəmili Bakıda küləklər əsir (film, 1974) - aktyor: Zabit Ağayev Bəxtiyar (film, 1955) - aktyor: Klub müdürü Bir ailəlik bağ evi (film, 1978) - aktyor: ata Bir cənub şəhərində (film, 1969) - film səsləndirən: İbrahim (Məmməd Cəfərov (aktyor))(titrlərdə yoxdur) Birisigün, gecəyarısı... (film, 1981) - aktyor: kəndli Bizi bağışlayın (film, 1979) - aktyor: Adil Bizim Cəbiş Müəllim (1969) - aktyor: Cəbiş Cəbiş müəllim onu yaşadır. Süleyman Ələsgərov (film, 2017) Dağlarda döyüş (film, 1967) - aktyor: mayor Poladov Diplomlu mütəxəssis (film, 1974) Etiraf (film, 1992) - aktyor: Axund Əli Əmək və qızılgül (film, 1962) - film səsləndirən: Pavlov (Konstantin Bartaşeviç) Foto "Fantaziya" (film, 1970) General (film, 1970) - aktyor Xatirələr sahili (film, 1972) - aktyor: Yusifov İnsan məskən salır (film, 1967) - film səsləndirən: Şirəli (İsmayıl Əfəndiyev) İstintaq davam edir (film, 1966) - aktyor: Səlimin atası İşgüzar səfər (film, 1982) - aktyor: qoca İyirmialtılar (film, 1966) - film səsləndirən: Petrov (Semyon Sokolovski) Köhnə bərə (film, 1984) - aktyor: İlyas Kölgədə 40 dərəcə isti (film, 1988) - aktyor: Mirəli Kömək (film, 1986) Qəribə adam (film, 1979) - aktyor Qızıl qaz (film, 1972) - aktyor: kənd sakini Maqarıç (film, 1973) Mən ki gözəl deyildim (film, 1968) - film səsləndirən: əsgər (Məmməd Bürcəliyev) Möcüzələr adası (film, 1963) - film səsləndirən: Polyakov (Leonid Piroqov) O qızı tapın (film, 1970) - aktyor: mafioz qrupunun üzvü Onu bağışlamaq olarmı? (film, 1959) - aktyor: məhəllə sakini Ömrün ilk saatı (film, 1973) - film səsləndirən Şahid qız (film, 1990) - aktyor: Rzayev Şərikli çörək (film, 1969) - film səsləndirən: çörək dükanındakı adam Telefonçu qız (film, 1962) - film səsləndirən: Mehribanın atası (Gündüz Abbasov) Torpaq. Dəniz. Od. Səma (film, 1967) - film səsləndirən: Həkim (Pyotr Jarikov) Uşaqlığın son gecəsi (film, 1968) - film səsləndirən: İsmayıl (Ələkbər Seyfi) Uzaq sahillərdə (film, 1958) - film səsləndirən: Mazelli (Andrey Fayt) Yeni üsul (film, 1974) Yenilməz batalyon (film, 1965) - film səsləndirən: Əlimərdan (Şamil Mahmudbəyov (rejissor))

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan teatr aktyorları Kateqoriya:Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı şəxsləri