Veronica Mişel Baçelet Xeriya (; ) — Çili Respublikasının 35-ci (2006-2010) və 37-ci (2014-cü ildən) Prezidenti.
Həyatı 29 sentyabr 1951-ci ildə Çilinin Santyaqo şəhərində anadan olmuşdur.Çili Respublikasının Prezidenti Veronika Mişel Baçeletin tərcümeyi-halı. mfa.gov.az
Təhsili Orta təhsilini Merilenddə almışdır.
Ali təhsilini 1970-ci ildə Çili Universitetinin Tibb fakültəsində almağa başlamışdır.
1975-ci ildə Humbolt Universitetində təhsilini davam etdirmişdir.
Fəaliyyəti 1990-1993-cü illərdə Qərb Metropoliteni Səhiyyə Xidmətində, 1994-1997-ci illərdə Səhiyyə Nazirliyində məsləhətçi, 1998-2000-ci illərdə Müdafiə Nazirliyində məsləhətçi vəzifəsində çalışmışdır.
Siyasi fəaliyyəti 2000-2002-ci illərdə Çilinin səhiyyə naziri, 2002-2004-cü illərdə isə Çilinin müdafiə naziri olmuşdur.
2006-cı ildə ölkə Prezidenti seçilmiş və 11 mart 2010-cu ilədək bu vəzifədə olmuşdur. 2014-cü ildə ikinci dəfə Çili Prezidenti seçilmişdir.
Ailəsi 3 övlad anasıdır.
Şəkilləri
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Santyaqo vilayətində doğulanlar Kateqoriya:Çili siyasətçiləri Kateqoriya:Çili prezidentləri Kateqoriya:Qadın prezidentlər Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:BMT rəsmiləri