Hüseyn Həsən oğlu Haqverdiyev () — Azərbaycan rəssamı, fotoqraf və heykəltaraş, Azərbaycan Respublikasının xalq rəssamı (2021).

Həyatı Rəssam Həsən Haqverdiyevin və Vera Kalininanın oğlu olaraq 1956-cı ildə Ucarda anadan olmuşdur. 1958-ci ildə ailəsi Bakıya köçmüşdür. 1971-ci ildə Əzim Əzimzadə adına İncəsənət kollecinə daxil olmuş, 1975-ci ildə oradan məzun olmuşdur. Həmin il Vera Muxina adına Leninqrad ali incəsənət akademiyasına daxil olmuş, heykəltaraşlıq fakültəsini 1980-ci ildə bitirmişdir. Azərbaycan Həvari Prefektinin baş kafedral kilsəsi olan Müqəddəs Bakirə Məryəm kilsəsindəki "Bakirə Məryəm" heykəlinin müəllifidir. Səngəçal terminalının girişindəki "Xəzər dənizi əfsanəsi" əsərinin müəllifidir. İlk simpoziumu 1980-ci ildə nümayiş olunmuşdur. Hindistan, ABŞ, Almaniya, Gürcüstan, BƏƏ kimi ölkələrdə sərgi və simpoziumları baş tutmuşdur. 2014-cü ildə Özbəkistanda solo sərgisi baş tutmuşdur. Bakıda yaşayır.

Ailəsi Əli Haqverdiyev, Ucal Haqverdiyev, Səidə Haqverdiyeva, Aidə Haqverdiyeva və Zemfira Qafarovanın qardaşıdır.

Təltif və mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 16 oktyabr 2021 "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 30 may 2002

Filmoqrafiya "Fransız" (film, 1995) — quruluşçu rəssam kimi.

İstinadlar

Xarici keçidlər 150-dən çox eksponatın sərgiləndiyi Daş Salnamə Muzeyindən VİDEOREPORTAJ "Adsız" sərgi maraqla qarşılandı

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycan heykəltaraşları Kateqoriya:XX əsr Azərbaycan rəssamları Kateqoriya:SSRİ heykəltaraşları Kateqoriya:XXI əsr Azərbaycan rəssamları