Xaçmaz Dəmiryol Stansiyası — Xaçmaz rayonunun inzibati mərkəzində yerləşən vağzal tipli dəmiryol stansiyası. Memarlığı ilə seçilən vağzal binası 1898-ci ildə inşa edilib. Zaqafqaziyada çəkilən ilk dəmiryollarındandır. left|thumbnail|Xaçmaz Dəmiryol vağzalı, 1902 Deyilənlərə görə, Quba quberniyasından məktubla Çara müraciət edərək dəmiryollarının buradan keçməsini xahiş ediblər. XIX əsrin ikinci yarısında kapitalizmin inkişaf etməsi ilə Qafqazdakı təbii zənginliklərin Rusiyaya daşınması üçün əlverişli və sürətli nəqliyyat vasitəsinə yaranan zərurətdən irəli gələrək və relyef uyğun olduğuna görə Xaçmazdan dəmiryolu çəkilib. Rayonda mövcud olan 7 tarixi dəmiryolu stansiyasının hamısı tarixi əsər statusu daşıyır.

Xarici keçidlər Xaçmaz dəmir yolu. Kəpəz TV, 06.12.2012

Kateqoriya:Azərbaycandakı dəmiryol stansiyaları Kateqoriya:Xaçmaz Kateqoriya:1898-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:1902-ci ildə açılmış dəmiryol stansiyaları