Alistair Overeem — məşhur Holland əsilli İngiltərəli UFC döyüşçüsü.

Həyatı 1980-ci ildə İngiltərədə anadan olmuşdur. Anası hollandiyalı atası isə yamaykalıdır. Ata anası boşandıqdan sonra qardaşı Valentin ilə çətin şəraitdə böyümüşlər. 15 yaşında qardaşı ilə birlikdə Kris Dolmanın rəhbərliyi altında gimnastik dərsləri alan Alistair bir müddət sonra kikboks idman növü ilə məşğul olmuşdur.

Məşhur idmançının güclü döyüşçü olmağında və yetişməsində Rikardo Fyeetin böyük rolu olmuşdur. Alistair ilk döyüşün 1999 oktyabırın 24-də Amsterdamda şou xarakterli döyüşdə keçirmişdir. Daha sonralar isə Yaponiyada keçirilən Pride FC və Amerikada keçirilən UFC yarışlarında iştirak edib və uğurlar qazanmışdır.

Xüsusiyyətləri boyu — 196 sm çəkisi — 115 kq

Nailiyyətləri Kikboks Ümumi Qələbə Nokault edib Məğlub Nokaulta düşüb 14 10 7 4 3

MMA Ümumi Qələbə Nokault edib Məğlub 52 37 15 14

Xarici keçidlər Overeem

Mənbə

İstinadlar

Kateqoriya:Hollandlar Kateqoriya:İngiltərə döyüşçüləri Kateqoriya:UFC döyüşçüləri