Selena — Türkiyə istehsalı olan komediya janrlı televiziya serialıdır.
Haqqında Kosmosda çox uzaq bir planetdə yaxşılıq və pislik arasında böyük bir mübarizə vardır. Selenanın vəzifəsi insanlara yaxşılıq, Hadesin vəzifəsi isə insanlara pislik etmək və etdirməkdir. Utopiya planetində yaxşılıq və pisliyin mübarizəsində şərin təmsilçisi Hades yaxşılığın nümayəndəsi Selenanı məğlubiyyətə uğradaraq həftənin birincisi seçilir.
Böyük Honos tərəfindən yaxşılıq və pisliyin sayına görə həftənin birincisinə mükafat, məğlub olana isə cəza verilir. Bir gün Hades Selenanı cəza olaraq bir qələmin içinə atır. Daha sonra qələmi Utopiya planetindən Dünya planetinə göndərir.
Qələm Selin Aykar, Leyla Aykar və Nazlı Aykar adlı üç bacının evlərinin bağına düşür. Selena qələmin içindən çıxmaq üçün Selin, Leyla və Nazlı adlı üç bacının ələ-ələ tutaraq 3 dəfə adını deməkləri lazımdır. Amma qızların xəbərləri yoxdur ki, Selena qələmin içindədir.
Qızların anası Gülçin Aykar evlərinin həyətində gəzərkən Selenanın içində olduğu qələmi tapır. Selena qələmin içindən çıxmaq üçün kömək istəyir. Qızların anası Gülçin Aykar və atası Gökhan Aykar Selenaya kömək etməyə qərar verirlər. Anası və atası Selenaya yardım etmək üçün qələmlə qızların məktəbinə doğru gedərkən ikisi də Hadesin təşkil etdiyi yol qəzasında ölürlər.
Ailəsindən qızlara bir neçə parça əşya və qələm qalır. Selena qızlara qələmin içindən öz çıxarları üçün bir işarə göndərir. Bunun üzərinə Selin Leyla və Nazlı əl-ələ tutaraq 3 dəfə Selena adını söyləyərək onu qələmin içindən çıxarırlar. Buna görə Selena bu üç bacıya xüsusi qüvvələr verir. Selena adı Selinin "Se"si, Leylanın "Le"si və Nazlının "Na"sı ilə yaranmışdır.
Aktyorlar və obrazlar Obraz Aktyor Oynadığı Bölüm Sayı Canlandırdığı İllər Selena Sinәm Kobal 1-104 2006-2009 Selin Aykar Cansu Dəmirçi (1992) 1-104 2006-2009 Leyla Aykar Gizəm Güvən 1-104 2006-2009 Nazlı Aykar Dilara Kurtulmuş 1-104 2006-2009 Hades 1 Sinan Çalışqanoğlu 1-102 2006-2009 Əkrəm Aykar Hakan Altıner 1-104 2006-2009 Əsli Aykar Səlda Özbək 1-104 2006-2009 Kıvılcım Aykar Hazal Şənəl 1-104 2006-2009 Burak Kocataş Gökhan Kəsər 1-104 2006-2009 Müstəsna Ulduz Parla Şenol 1-104 2006-2009 Böyük Honos Kayhan Ulduzoğlu 1-104 2006-2009 Fitnat Qorxmaz Zuhal Topal 1-78 2006-2008 Afrodit Ebru Qərənfilçi 51-104 2008-2009 Hades 2 Cenk Tunalı 103 ve 104 2009 İremsu 1 Cansu Demirci (1989) 1-52 2006-2007 Dilara Hazal Kadak 1-104 2006-2009 Demeter 1 Aslıhan Güner 1-20 2006-2007 İremsu 2 Nilay Olcay 53-78 2007-2008 Demeter 2 Hale Hazır 21-46 2007-2008 İremsu 3 Sevcan Akan 79-104 2008-2009 Demeter 3 Elif Burgaz 47-104 2008-2009 Ozan Serkan Şenalp 1-104 2006-2009 Erdem 1 Renan Bağcı 21-41 2007 Erdem 2 Efe Soyak 42-46 2007 Düşes Almula Zeynep Gülmez 79-96 2008-2009 Erdem 3 Cenk Gürpınar 47-78 2007-2008 Erdem 4 Onur Demirol 79-104 2008-2009
Kateqoriya:2006-cı ildə başlayan Türkiyə teleserialları Kateqoriya:2009-cu ildə tamamlanmış Türkiyə teleserialları