Hendrik Averkamp () — əsasən yağlıboya qış mənzərəsi rəsm əsərləri və suluboya eskizləri ilə tanınmış holland rəssamı.
Həyatı Hendrik Averkamp 27 yanvar 1585-ci ildə Amsterdamda, Nieuwe Kerkə (Yeni kilsə) yaxın yerdə anadan oldu, amma Oude Kerkdə (Qədim kilsə) xaş suyuna salındı. Ailəsi növbəti il Kampen şəhərinə yerləşdi. Atası bu şəhərdə əczaçı idi. Ana tərəfi elm adamları idi. Qardaşlarından biri həkim, biri isə həkim oldu. Avekamp lal idi və buna görə onu "Kampen lalı" adlandırırdılar.
Averkamp Amsterdamda çox əhatəli "manerist" stildə tarixi hadisələrin rəsmlərini, portretlərini və eskizləri hazırlayan danimarka əsilli rəssam Pieter İsaksın (1569–1625) yanında işlədi, amm onun stilini əsərlərinə tətbiq etmədi. Holland rəsssam David Vinkbunsun (1576–1632) da yanında işləmişdir.
XVII əsrlərdə portret çəkmələ məşhurlaşan holland rəssamların ilklərindən biri Hendrik Averkamp idi. Averkamp xüsusilə Hollandiyanın qış mənzərələrini təsvir edərək böyük şöhrət qazanmışdır. Averkampın əsərləri rəngli və həyat doludur. Təbiətlə müxtəlif hərəkət edən insan təsvirləri ustalıqla çəkilmişdir. Əsərlərinin çoxunda donmuş su kanallarının və göllərinin üzərində əylənən insanlar əks olunmuşdu. Averkamp yağlıboya ilə işlədiyi əsərlərdən başqa suluboya işlədiyi eskizləri ilə tanınmışdır. Bu eskizlərin çoxu divara asılmaq üçün hazırlanmışdır
Averkamp 15 may 1634-cü ildə Kampen şəhərində vəfat etmişdir. Məzarı Kampendəki Sent Nikolaaskerk kilsəsinin qəbiristanlığındadır.
Əsərlərinin sərgiləndiyi yerlər
Əsərləri
İstinadlar
Xarici keçidlər
İbiblio saytı Muzeumsyndacate saytı
Kateqoriya:1565-ci ildə doğulanlar Kateqoriya:27 yanvarda doğulanlar Kateqoriya:1634-cü ildə vəfat edənlər Kateqoriya:15 mayda vəfat edənlər Kateqoriya:Niderlandda doğulanlar Kateqoriya:Niderlandda vəfat edənlər Kateqoriya:Niderland rəssamları Kateqoriya:XVI əsr rəssamları Kateqoriya:XVII əsr rəssamları Kateqoriya:Holland peyzaj rəssamları Kateqoriya:Flamand intibah rəssamları