Hissetmə () 2007-ci ildə rejissor Mennan Yapo tərəfindən çəkilmiş, ssenari müəllifinin də Bill Kelli olduğu qorxu, fövqəltəbii və dram janrlı filmdir.

Məzmun Linda Henson və Cim Henson 2 qızları ilə birgə xoşbəxt həyat sürürlər. Bir gün Cimin iş ilə əlaqədər olaraq səyahətə çıxdığı gün onun qəzaya uğrayaraq öldüyünü öyrənir. Bundan çox bərk sarsılan Linda anasının dəstəyilə bununla barışır. Lakin səhər oyandığında Cimi səhər yeməyini yediyini görərək şoka düşür. Cim heç nə olmamış kimi ona nə olduğunu soruşur. O isə çaşmış bir halda hər şeyin yolunda olduğunu deyir. Bundan sonra hər oyandığında Cim ya sağdı yada ki, ölü. Qızının üzündəki ləkələr, içdiyi dərmanlar və tanımadığı halda tanıdığı kimi görünən insanlarla tamamən başını itirən Linda sonda hər şeyi kağıza qeyd edərək hansı gündə nə baş verdiyini aydınlaşdırmağa çalışır və hər şeyin başlandığı Ciminin öldüyü günə, hansıkı həmin xatırlamadığı günə gəlir. Yoldaşının ölümünə səbəb olan qəzanı gözlərilə görən Linda böyük zərbə alır. Artıq hər şey öz yerinə oturur. Film Lindanın yataqdan hamilə olduğunu görərək qalxması ilə başa çatır.

Rollarda Sandra Ballok — Linda Henson Culian Makmahon — Ceyms "Cim" Henson Kourtney Teylor Burness — Bricit Henson Şan Maklure — Meqan Hanson Nia Lonq — Anna Keyt Nelliqan — Coanna Amber Valletta — Kleir Frankis Mark Makaulay — Şerif Reilli Cud Siksolella — Kennedi Piter Stormer — Həkim Norman Rot Mark Famiqlietti — Douq Karuters E.C. Stapleton — Satıcı Matt Mur — Rahib İrene Zeiqler — Quinn MArkus Lile Braon — Bob

Nümayiş Film ABŞ-də 12 mart 2007-ci ildə nümayiş olundu. Lakin Norveçdə kinoteatrlarda nümayiş olunmayan film, onun əvəzinə 2 yanvar 2008-ci ildə DVD formatda satışa çıxarıldı.

İstehsal Fimin çəkilişlərinin çox hissəsi Luiziananın Minden şəhərində qalan hissəsi isə həmin ştatın Şreveport şəhərinda baş tutub.

Ev üçün buraxılış 17 iyul 2007-ci ildə filmin DVD diski satışa çıxarıldı.

Gəlir Nümayişə başladığı gündən marağa səbəb olan film 7 həftə ərzində Birləşmiş Ştatlarda 47.852.604 dollar, ümumilkdə dünya üzrə isə 84.146.832 dollar gəlir qazanıb.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2007-ci ilin qorxu filmləri Kateqoriya:2007-ci ilin dram filmləri Kateqoriya:2007-ci ilin ABŞ filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Metro-Goldwyn-Mayer filmləri Kateqoriya:TriStar Pictures filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:İngiliscə triller filmləri Kateqoriya:ABŞ-nin fantastika filmləri Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin real olmayan hekayə filmləri Kateqoriya:ABŞ-nin fəlakət filmləri Kateqoriya:Luizianada çəkilmiş filmlər Kateqoriya:Triller dram filmləri Kateqoriya:Film remeykləri