Əbül-Fütuh Yusif Bulukkin ibn Ziri bin Mənad əs-Sanhaci (; ) — İfrikiyyədə hökm sürən Zirilər (Sanhacə) dövlətinin qurucusu və ilk hökmdarı.

Həyatı Bərbər əsilli Sanhacə qəbilənə mənsub olan Bulukkinin atası və babası də nüfuz və etibar sahibi şəxslərdi. Fatımi xəlifəsi Mənsur tərəfindən Məğrib valiliyinə təyin edilən Ziri, Səid ibn Yusifun Cəbəliavrasda üsyanı üzərinə oğlu Bulukkini böyük bir ordu ilə onun üzərinə göndərdi. Bəqayə yaxınlarında baş verən savaşda məğlub olan Səid ibn Yusif çox sayda adamıyla birlikdə öldürüldü. Bu zəfər Bulukkinin xəlifə nəzdindəki etibarını artırdı və 960-cı ildə yəni qurulan Cəzayir, Miliana və Mədşa şəhərlərinin idarəsi ona verildi. Bulukkin 968-ci ildə Xəlifə Muiz-Lidinillaha itaətdən ayrılan Zənatəli Məhəmməd ibn Hüseynin üzərinə yürüyüb onu da məğlub etdi. Haüfə buna çox sevindi; çünki Misirə getdiyi təqdirdə ölkəsinin istila edilməsindən qorxurdu. Buluqqinin bu bacarığı onun əndişəsini aradan apardı. Atası Zirinin Məsilə və Zab şəhərlərinin asi valisi Cəfər ibn Əli bin Həmdun ilə apardığı savaşda öldürülməsinə görə dərhal hərəkətə keçən Bulukkin, Zənatəyə mənsub bir çox şəxsi öldürərək atasının intiqamını aldı (971). Xəlifə Muiz də Məsilə və çevrəsini Bulukkinin iqtalarına əlavə edərək onu Əbül-Fütuh Yusif Seyfüd-Dövlə ləqəbiylə, Trablus və Sicilya xaric, mərkəzi Kayrəvan olmaqla, İfriqiyyə və Məğrib valiliyinə təyin etdi (20 Zilhiccə 361/2 oktyabr 972).

Bulukkin 973-cü ildə Məğribi hakimiyyəti altına almaqla hərəkətə keçdi. 974-cü ildə Kütamə Bərbərilərini məğlub edib itaət altına aldı. 977–978-ci illərdə Trablus, Sürt və Əcdabiyəni zəbt etdi və Yəhya ibn Xəlifəni oraya vəkil təyin etdi. Məğribi-Əqsa xalqının Fatimilərə üsyan edib xütbəni Əndülüs Əməviləri adına oxutdması üzərinə hərəkətə keçən Bulukkin, 979–984-cü illər arasında apardığı səfərlər sonunda Mərakeş və Sicilmasəni ələ keçirib bölgədə xütbəni təkrar Fatımilər adına oxutdu. Məhəmməd ibn Əmir əl-Miknasiyi Mərakeşə vali təyin edən Bulukkin, daha sonra peyğəmbərlik iddiasında olan asi Bərqavata qəbilə rəisi Abs ibn Ümmül-Ənsarinin üzərinə yürüdü və onu məğlub edib şəhərə girdi, hər tərəfi yaxıb yıxdı, Mağravə əmirini öldürtdü. Zənatəlilər Səbtəyə qaçaraq Əndülüs Əməvilərinin vəziri Mənsur ibn Əbu Əmirdən yardım istədilər. Buluqqin onları Səbtədə mühasirə etdiysə də, nəticə əldə edə bilmədi. Ardından Yəhya ibn Əli bin Həmdunun hakimiyətində olan və Məğribin ən gözəl şəhərlərindən biri olan Bəsrənı ələ keçirdi. İbn Haznunun Sicilmasəni işğal etdiyini xəbər alınca həmən yola çıxdı, fəqət yolda qulunc xəstəliyinə yaxalandı və 25 may 984-cü ildə Sicilmasə ilə Tləmsən arasında Varaklan deylən yerdə öldü. Yerinə oğlu Mənsur keçdi.

İstinadlar

Kateqoriya:Hökmdarlar Kateqoriya:X əsr şəxsləri Kateqoriya:Əmirlər