Şamxor mahalı — Gəncə xanlığının mahallarından biri.

Mahal haqqında qısa bilgi Sahəsi — Əhalisi — Yaranması — 1747-ci il Mərkəzi — Dəllər kəndi Sərhədləri — Qərbdən Ayrım mahalı, şimaldan Şəmşəddil mahalı, şərqdən Şəki xanlığı, cənubdan Gəncə mahalı.

Mahalın tarixi Xanlıqlar dövründə Şamxor mahalı Gəncə xanlığının tərkibində olmuşdur. Qazax sultanlığından başlayaraq Kür çayı boyunca cənuba doğru uzanan Gəncə xanlığı İrəvan və Qarabağ xanlıqları əhatəsində yerləşirdi. Samux, Kürəkbasan, Gəncə, Şamxor (Şəmkir) və Ayrım mahallarından ibarət idi. Ərazisi 5000 kv. verst idi.Obozrenie Rossiyskix vladeniy za Kavkazam, I hissə, SPb., 1836, s.322. Gəncə xanlığının Rusiya tərəfindən işğal edilməsindən sonra aparılmış kameral təsvir sənədləri XIX əsrin əvvəllərində xanlığın inzibatı bölgüsü haqqında daha dəqiq təsəvvür yaradır. 1807-ci ilin fevralında çar məmurlarının Yelizavetpolda keçirdiyi kameral təsvir dairədə Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarını qeydə almışdır.ЦГИААР. Фонд 24. оп 1. д.10, в. 9–15 1817-ci ildə Yelizavetpol dairəsində keçirilmiş müfəssəl kameral təsvir sənədlərində də bu dairədə 5 mahalın: Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarının olması göstərilmişdir.ЦГИААР. Gəncə. 1817 в. 1–267 1831-ci ildə dairədə keçirilmiş kameral təsvir sənədləri Yelizavetpolun 6 mahaldan ibarət olmasını qeyd edir: 1) Dağlıq mahalı-dairənin cənub-qərbində, Gəncə dağlarında yerləşir; 2) Şəmşəddil distansiyası ilə sərhəddə olub Şamxor çayın hər iki sahilində yerləşən Şamxor mahalı; 3) Qarabağ əyaləti ilə həmsərhəd olub Kürəkçayın əsasən sol və bir az da sağ sahilini əhatə edən Kürəkbasan mahalı; 4) Şamxor və Kürəkbasan arasında yerləşən Gəncəbasan mahalı; 5) Kür çayının sağ sahili boyu Samux dağ silsiləsini əhatə edən Samux mahalı; 6) Bütün dairəyə səpələnmiş, köçəriliklə məşğul olan Ayrumlar mahalıОбозрение…ч. II, с.355–356 Görünür, Gəncə xanlığı ləğv edildikdən sonra, çox ehtimal ki, XIX əsrin 20-ci illərinin II yarısında, çar məmurları Yelizavetpol dairəsinin inzibati quruluşunda bəzi dəyişikliklər etmiş və nəticədə yeni bir mahal-Dağlıq mahalı yaradılmışdır.

Mahalın oba və kəndləri Şamxor mahalı 1804-cü ildə # Kəndlər Kişilər Qadınlar Qeydlər 1 Dəllər 43 74 2 Qapanlı 11 20 3 Keçili 45 82 4 Alabaşlı 29 505 Seyfəli 42 85

Şamxor mahalının naibləri Titul Adı Başlanığıcı Sonu Naib Mərdan bəy Dəllər 1747 1761 Naib Zaman bəy Dəllər 1761 1777 Naib Rüstəm bəy Dəllər 1777 1784 Naib Hacı İbrahim bəy Dəllər 1784 1810Naib Əli bəy Dəllər 1810 1822

Mənbə Ənvər Çingizoğlu, Şamxor mahalı, Bakı: Mütərcim, 2013, 152,-səh.

Həmçinin bax Gəncə xanlığı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1747-ci ildə yarananlar Kateqoriya:Gəncə xanlığının mahalları